Icma.az
close
up
RU
COP29 ölkəmizə nələri qazandıracaq?

COP29 ölkəmizə nələri qazandıracaq?

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Respublikasının COP29-a ev sahibliyi etməsi barədə beynəlxalq ictimaiyyətinin yekdil qərarın ardınca çoxsaylı hücumlara baxmayaraq ölkəmizin prosesə uğurla start verməsi ciddi diplomatik qələbədir". 

Bunu Milli.Az-açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Cənab İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevirmiş, lakin aralarında 80 Prezident, Vitse-prezident və Baş nazir olmaqla 196 ölkədən 72 min iştirakçının Bakıya gəlməsi bu qüvvələr üçün fiasko sayılmalıdır. 

"Məlumdur ki, Azərbaycan Respublikası beynəlxalq hüququn aliliyini rəhbər tutaraq özünün beynəlxalq hüquqla tanınan ərazilərində işğala və təcavüzə, habelə separatizmə son qoymasının ardınca bir sıra qərəzli və təcavüzkar mahiyyətə malik dövlətlərin qarayaxma, böhtan və ikili standartlara əsaslanan hücumlarına məruz qalmışdır, xüsusən Azərbaycanın separtizmə son qoyaraq özünün suverən haqlarını bərpa etməsindən sonra başlanan çoxsaylı hücumlar fonunda COP29 kimi möhtəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın yaratdığı regional status-kvoya olan real münasibət beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadı, həmçinin Azərbaycanın milli və regional, həmçinin qlobal səviyyədə ətraf mühitin qorunması iqlim dəyişiklərinin qarşısını alınması işində töfhəsinin tədqir olunmasının bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda COP29 kimi möhtəbər tədbirə ev sahibliyinin Azərbaycana verilməsini dəstəkləməklə ölkəmizin yaratdığı yeni geosiyasi reallığı dəstəkləyərək anti-Azərbaycan mövqe tutmuş və özünü "beynəlxalq ictimaiyyət" kimi təqdim edən ayrı-ayrı güclərə real beynəxalq ictimaiyyətin kim olduğunu və dünya dünya ictimaiyyətinin Azərbaycana əsl münasibətini göstərdi ki, bu da ölkəmizin ciddi siyasi, diplomatik qələbəsi hesab olunmalıdır. 

Bu gün beynəlxalq ictimaiyyət cənab İlham Əliyevin liderliyində qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın səylərinin effektivliyinə inanır və COP29-un substantiv nəticələrə gətirib çıxaran formatda yekunlar ortaya qoyacağına ümid edir. Lakin bir sıra dövlətlərin BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 Sammitində iştirak etməmək barədə qərarı bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin bəzi üzvləri cılız niyyətlərlə yaşayır və bəşəriyyət qarşısına məsuliyyətini dərk etmir. Azərbaycanda COP29 tədbirində iştirak etməmək barədə verilən istənilən qərar əslində həmin beynəlxalq subyektlərin özlərinin əsl mahiyyətinin ifşa edilməsidir. Çünki qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində Çərçivə Konvensiyasının iştirakçılarının əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizə qismində bəşəri niyyətlər naminə səylərini birləşdirmək, bu sahədə mümkün töhfələrin verilməsi üçün bərabərsizliklər, qarşılıqlı anlaşılmazlıqlar başda olmaqla, çoxsaylı maneələri aradan qaldırmaqdır. Lakin bəzi subyektlərin COP29 Sammitinə qatılmayacağı barədə qərar verməsi və gətirilən bəhanələrin ümumbəşəri niyyətlər qarşısında cılızlığı onu deməyə əsas verir ki, əslində bu subyektləri iqlim dəyişiklikləri də daxil olmaqla, qlobal təhlükəsizlik və insan amili maraqlandırmır. Görünən odur ki, bu subyektlər Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirləri ilə beynəlxalq hüququn aliliyini təmin edərək özünün suverenliyini və ərazi bütövlüyünü bərqərar etməsini Qərb imperializminin rakursundan qiymətləndirərək heç bir formada həzm etmək istəmir və verilən qərarlar da onu göstərir ki, həmin qüvvələr ölkəmiz əleyhinə başlanan qarayaxma kampaniyasının iştirakçılarıdır. Baxmayaraq ki iqlim dəyişiklikləri ilə mübarizə ayrıca heç bir dövlətin, o cümlədən xüsusən də Azərbaycanın daxili məsələsi deyil. Yəni ümumbəşəri məsələ olan iqlim dəyişiklikləri ilə mübarizədə hər hansı dövlətin belə bir tədbirdə iştirakdan imtina etməsi Qərb imperializmi üçün ümumbəşəri məsələlərdən daha öndə təzavüzkar niyyətlərin və qeyri-proporsional maraqların dayandığını göstərir".

Deputat qeyd edib ki, əslində COP29-da iştirakından cılız bəhanələrlə imtina planetin əsas çirkləndirici subyekti rolunda çıxış edənlərin öz məsuliyyətindən yayınması bəşəri dəyərləri cılız məqsədlərə qurban verməsi, iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bu subyektlərin yeni iqlim maliyyəsi formatından məsuliyyətsizliklə boyun qaçırmasıdır. 

"Öz sərhədlərindən min kilometrlərlə kənarda münaqişə ocaqlarının qızışdırılması və ya yeni münaqişələrin formalaşdırılması, bu məqsədlə revanşist kəsimə dəstək verilməsi, separtizmin təşviq olunması üçün milyonlarla vəsait xərcələyənlər ümumbəşəri təhdid olan qlobal istiləşməyə qarşı maliyyə dəstəyi ayırmaq əvəzinə, yaxud bu istiqamətdə ən azı özlərinin vurduğu zərərin təsirlərinin azaldılması istiqamətində sosial məsuliyyət nümunəsi ortaya qoymaqdansa, müxtəlif bəhanələrlə qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əsas olan və dünyanın nəbzinin döyündüyü tədbirdən yayınmaqla öz kürsülərindən bu istiqamətdə səslənən bəlağətli nitqlərin bir puç olduğunu, əslində bu qrumların iqlim dəyişikliyinə töfhə vermək iradə və niyyətində olmadığını nümayiş etdirir. Təbii ki, bu subyektləri COP29-la bağlı mövqeyi Azərbaycanın liderliyində bu istiqamətdə həyata keçiriləcək tədbirlərin realizəsi qarşısında əngəl kimi çıxış etmir, əksinə siyasi məqsədlərin alətinə çevirilən, təzavüzkar niyyətlər üçün vasitəyə çevirilən bu subyektlərin özlərini çətin duruma salır. Azərbaycanın bu istiqamətdə yolu kifayət qədər aydındır və artıq Paris Sazişinin 6.4-cü maddəsi üzrə, habelə iqlim maliyyələşməsi üzrə mühüm razılaşmalar göstərməkdədir ki, cənab İlham Əliyev bu sahədə qarşıya qoyulan məqsədlərə uğurla nail olmaqdadır. Bu isə ölkəmizin məsuliyyətli beynəlxalq birlik üzvü kimi artan nüfuzu, güc və imkanları, habelə təmin olunan təhlükəsiz mühiti şəraitində Azərbaycana marağın artacağına,  o cümlədən investorlar üçün hədəf coğrafiyalarından birinə çevriləcəyinə şübhə yaratmır".
Aysel Əkbər
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see676

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see407

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see382

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see371

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see346

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see315

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see300

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see280

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see271

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see234

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see234

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see195

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see194

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see187

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see180

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see177

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see176

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see171

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see166

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri