Icma.az
close
up
RU
Ölkəmizə yüksəkixtisaslı miqrant ların cəlb olunması yerli mütəxəssislərin yetişdirilməsinə fayda verəcək

Ölkəmizə yüksəkixtisaslı miqrant ların cəlb olunması yerli mütəxəssislərin yetişdirilməsinə fayda verəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək... Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Yüksəkixtisaslı miqrant portalı"nın təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini asanlaşdırmaq, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına yönəltmək, eləcə də bu sahədə çevik idarəetməni təmin etmək məqsədilə "Yüksək ixtisaslı miqrant proqramı" təsis edilib: "Belə ki, miqrantlar öz bilik, bacarıq və təhsil səviyyələrini təqdim etməklə tələb olunan 100 baldan minimum 70 bal topladıqları halda müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir".Yüksəkixtisaslı miqrant gətirmək əvəzinə, yüksəkixtisaslı yerli vətəndaş yetişdirmək daha yaxşı olmazmı?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yüksəkixtisaslı miqrantlarla bağlı qərarın verilməsi və bütövlükdə şərtlərin yumşaldılması kifayət qədər faydalı olacaq: “Açığını deyim, ali təhsil müəssisələrinə, mütəxəssislərin, xüsusilə ölkəmizdə müvafiq ixtisas üzrə olmayan mütəxəssislərin cəlb olunması zamanı da belə problemlər yaşanırdı. Doğrusu, bu, təkcə ali təhsil müəssisələrində münasibətdə deyil, eyni zamanda, fərqli sahələrdə və hansısa tədqiqat institutunda yüksək ixtisaslı mütəxəssisin və yaxud elm adamının işi ümumilikdə həm də ölkəmiz üçün o istiqamətdə kadr hazırlığını hədəflənmiş addımlardandır. Bu mənada mən Dövlət Miqrasiya Xidmətinin bu addımını yüksək qiymətləndirirəm, yüksək dəyərləndirirəm”.

İlqar Orucov

"Olmazmı, mütəxəssisləri ölkəmizə hazırlayaq?" sualını cavablayan İlqar Orucov qeyd edib ki, təbii ki, yaxşı olar, amma həmin mütəxəssisləri hazırlamaq üçün də bizim əcnəbi mütəxəssislərə ehtiyacımız var: “Bu yumşalmanın tətbiqindən sonra ölkəmizə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması bu istiqamətdə işlərə əslində dəstək verəcək. Çünki onlar ölkəmizdə fəaliyyət göstərdikləri zaman ölkəmiz üçün vacib olan ixtisaslarda kadr təminatını həyata keçirməklə bərabər, həm də kadrların, mütəxəssislərin hazırlanması məsələsində dəstək olacaqlar”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri