Icma.az
close
up
RU
Ölkəmizin tanınmış idmançıları və idman jurnalistləri ilə diaspor gənclərinin unudulmaz görüşü

Ölkəmizin tanınmış idmançıları və idman jurnalistləri ilə diaspor gənclərinin unudulmaz görüşü

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində növbəti görüş baş tutub. Bu dəfə düşərgə iştirakçıları Azərbaycanın tanınmış idmançıları və idman jurnalistləri ilə bir araya gəliblər.

Tanınmış idman jurnalistləri Gündüz Abbaszadə və İlkin Xəlilovun moderatorluğu ilə keçirilən görüşdə azərbaycanlı paraatlet, 4 qat dünya çempionu və “Paris 2024” Paralimpiya Oyunlarının qalibi Lamiyə Vəliyeva, güləş üzrə 2 qat dünya və 3 qat Avropa çempionu, “Tokio 2020” Olimpiya Oyunlarının mükafatçısı Rafiq Hüseynov və əfsanəvi idmançı, Olimpiya Oyunlarında Azərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının 2 qat qalibi Mariya Stadnik iştirak ediblər.

Azərbaycan bayrağını beynəlxalq arenalarda qürurla dalğalandıran idmançılar şəxsi təcrübələrini paylaşıb, gənclərin çoxsaylı suallarını cavablandırıblar. Düşərgə iştirakçılarına Azərbaycanın idman sahəsindəki nailiyyətləri, qazandıqları uğurlar və gənc nəslin bunları davam etdirməsi üçün maraqlı tövsiyələr verilib. Onlar gənclərə şəxsi karyeralarından örnəklər çəkərək istedad və bacarığı inkişaf etdirmək üçün intizam və məqsədə doğru sistemli irəliləyişin vacibliyini dilə gətiriblər. İdmançıların cavabları gənclərin böyük marağına səbəb olub, onların paylaşdıqları bilgilər coşğu ilə qarşılanıb. Panel maraqlı müzakirələrlə davam edib, soydaşlarımız bu görüşü yüksək qiymətləndiriblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri