Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Ölkəmizin uğurları Bakı Enerji Həftəsində bir daha təsdiqləndi ŞƏRH

Ölkəmizin uğurları Bakı Enerji Həftəsində bir daha təsdiqləndi ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak etmiş və çıxış etmişdir. Bu əlamətdar tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley“Baku Energy Forum” təşkil olunmuşdur. Sərgilər və forum, Azərbaycanın enerji sahəsindəki uğurlarını və beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirmək baxımından mühüm platforma rolunu oynayır.

Prezident İlham Əliyev çıxışında ilk olaraq bu mühüm tədbirin tarixi əhəmiyyətindən söz açaraq bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi ilk dəfə olaraq 1994-cü ildə təşkil olunmuşdur. Məhz həmin ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan neft strategiyasının əsası qoyuldu və “Əsrin müqaviləsi” kimi tarixə düşən beynəlxalq neft müqaviləsi imzalandı. Bu müqavilə yalnız ölkəmizin enerji resurslarının dünya bazarına çıxarılması üçün imkan yaratmadı, eyni zamanda Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaş kimi tanınmasının təməlini qoydu.

Bu gün keçirilən Bakı Enerji Həftəsi, Caspian Oil & Gas, Caspian Power və Baku Energy Forum kimi tədbirlər birbaşa həmin 1994-cü ildə atılmış ilk addımın davamıdır.Müasir tədbirlər daha geniş miqyasda keçirilir, əhatə dairəsi genişlənib – artıq yalnız neft və qazla deyil, bərpa olunan enerji, hidrogen texnologiyaları, enerji səmərəliliyi kimi mövzularla da zənginləşib. Amma bu inkişafın başlanğıcında 1994-cü ilin sərgisi dayanır.

Hər il keçirilən enerji sərgiləri və forumlar Azərbaycanın müntəzəm, açıq proqnozlaşdırıla bilən enerji siyasəti apardığını nümayiş etdirir. 1994-cü ildən bəri hər il bu tədbirlərin keçirilməsi, Azərbaycanın enerji sahəsində beynəlxalq etibarlılığının və siyasi sabitliyinin simvoluna çevrilmişdir.

1994-cü ildə əsas diqqət neft və qaz resurslarının işlənməsi və ixracı üzərində idi. Müasir tədbirlər isə iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, yaşıl keçid, hidrogen enerjisi, rəqəmsallaşma kimi yeni çağırışlara cavab axtarır. Bu da göstərir ki, 1994-cü ildən başlayan enerji sərgisi ənənəsi zamanla təkamül edərək bu günün çağırışlarına uyğunlaşmışdır.

Bu gün Azərbaycanın enerji sektorunda qazandığı uğurlar məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və strateji baxışları nəticəsində mümkün olmuşdur.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan, siyasi və iqtisadi qeyri-sabitliyin girdabında idi. Ölkədə xaos, separatçılıq cəhdləri və iqtisadi durğunluq hökm sürürdü. Məhz belə bir çətin dövrdə, xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, yalnız ölkəni parçalanmadan xilas etmədi, eyni zamanda onun gələcəyini formalaşdıracaq strateji qərarlar verdi. Bu gün Azərbaycanın sabit siyasi sistemi və inkişaf edən iqtisadiyyatı varsa, bu, Heydər Əliyevin uzaqgörən baxışı sayəsində mümkün olmuşdur.

1994-cü ildə Bakıda keçirilən ilk Beynəlxalq Neft və Qaz Sərgisi, Azərbaycanın dünyaya enerji ölkəsi kimi təqdim edilməsinin ilk real addımı idi. Bu sərgi təsadüfi deyildi. Onun arxasında böyük bir siyasi iradə və strateji baxış dururdu. Heydər Əliyev başa düşürdü ki, Azərbaycan xalqının rifahı üçün ölkənin zəngin təbii sərvətləri beynəlxalq əməkdaşlıq yolu ilə dəyərləndirilməlidir.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri, ölkədə siyasi sabitliyi bərpa etməsi oldu.Dövlətin stitutlarının möhkəmləndirilməsi, ordunun yenidən qurulması,hüquqi islahatlar və milli birliyin bərqərar olması – bunların hamısı iqtisadi islahatlara zəmin yaratdı.Əgər sərmayədar ölkəyə inanmasaydı,sərgidə,müqavilələrdə mümkün olmazdı.

Heydər Əliyevin liderliyi ilə Azərbaycan təkcə enerji ölkəsi olmadı, həm də etibarlı tərəfdaş, sabit dövlət və regional güc statusunu qazandı.

Bu gün Azərbaycanın beynəlxalq enerji layihələrində – Bakı-Tbilisi-Ceyhan boru kəməri, TANAP, TAP və digərlərində – lider mövqedə olması, Heydər Əliyevin qurduğu siyasi və iqtisadi əsaslara söykənir. Hər bir uğurun arxasında illər əvvəl düşünülmüş və cəsarətlə həyata keçirilmiş qərarlar dayanır.

Bu günkü sərgilər, neft müqavilələri, sənaye zonaları, beynəlxalq etibar və valyuta ehtiyatları — bunların heç biri təsadüfi deyil.Hamısı bir liderin – Heydər Əliyevin strateji baxışının nəticəsidir.

1994-cü ildən başlayan yol, Azərbaycanın müasir inkişaf tarixinin əsasını təşkil edir. Neft və qaz sərgisi sadəcə texniki tədbir deyil, dövlətin gələcəyini formalaşdıran bir məqam idi. Bu və bu kimi bütün nailiyyətlər Heydər Əliyevin uzaqgörən, məqsədyönlü və milli maraqlara söykənən siyasətinin nəticəsidir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən bu sərgilər və forumlar beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, innovasiyaların və yeni texnologiyaların tətbiqinə, eləcədə yaşıl enerji keçidinə töhfə verən mühüm dialoq platformasıdır. Bu tədbirlər bir daha göstərir ki, Azərbaycan enerji sahəsində regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir.

Enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsinin inkişafı, innovasiya, rəqəmsal texnologiyalar və yaşıl enerji strategiyası da dövlət siyasətinin əsas istiqamətləri sırasındadır. Azərbaycanın iqtisadi artım tempi, dayanıqlı maliyyə siyasəti və artan beynəlxalq nüfuzu ölkənin sabit gələcəyinin təminatıdır.

Hazırda Azərbaycan regionda və dünyada sabit siyasi sistemə, davamlı inkişaf edən iqtisadiyyata və böyük enerji potensialına malik olan bir ölkə kimi tanınır. Neft-qaz sektorunda əldə olunan uğurlar indi bərpa olunan enerji sahəsinədə ötürülür. Azərbaycan artıq “yaşıl enerji” konsepsiyasını fəal şəkildə həyata keçirir, külək və günəş enerjisi potensialının reallaşdırılması, “yaşıl zona”ların yaradılması istiqamətində mühüm layihələr icra olunur.

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik bir ölkədir. Bu reallıq, ölkənin son illərdə həyata keçirdiyi sistemli islahatların, müstəqil xarici siyasətin və iqtisadi şaxələndirmə strategiyalarının nəticəsidir. Müstəqillik qazandıqdan sonra bir çox çətinliklərlə üzləşən Azərbaycan, bu gün regional gücə çevrilmək yolunda mühüm mərhələlər qət etmişdir.

Azərbaycan Respublikasının siyasi sistemi parlamentli-prezident üsul-idarəsinə əsaslanır. Ölkədə daxili sabitliyin təmin olunması, siyasi institutların möhkəmləndirilməsi və hüquqi islahatların davam etdirilməsi dövlətin prioritetlərindən biridir. Sabit siyasi mühit, həm yerli, həm də xarici sərmayədarlar üçün əlverişli şərait yaradır və iqtisadi inkişafın təməlini təşkil edir.

Azərbaycan iqtisadiyyatı uzun illər enerji sektoruna əsaslansa da, son dövrlərdə qeyri-neft sektorunun inkişafı ön plana çıxarılmışdır. Aqrar sahənin canlandırılması, sənayeləşmə proqramları və innovativ texnologiyaların tətbiqi bu inkişafın əsas istiqamətlərindəndir. Eyni zamanda, nəqliyyat-tranzit potensialı da artırılaraq ölkənin geostrateji əhəmiyyəti möhkəmləndirilir.

Sıyasi sabitlik və iqtisadi inkişaf Azərbaycanı bölgədə nüfuzlu və etibarlı tərəfdaşa çevirmişdir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət idarəçiliyində şəffaflığın artırılması, təhsil və elmə daha çox sərmayə yatırılması və sosial rifahın yüksəldilməsi kimi sahələrdə işlər davam etdirilməlidir. Bu yanaşma Azərbaycanı daha da güclü, dayanıqlı və müasir bir dövlətə çevirəcək.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri