Icma.az
close
up
RU
Ölkəni iki yerə bölən marafon ABŞda gərgin prezident seçkisi başlanır

Ölkəni iki yerə bölən marafon ABŞda gərgin prezident seçkisi başlanır

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 5-də amerikalılar tarixi prezident seçkisinə gedirlər.

Ölkə üzrə seçicilər siyasi baxımdan bölünüb və səsvermənin nəticəsini yeddi həlledici ştatın müəyyən edəcəyi gözlənilir. Seçkidə mübarizə iki namizəd – keçmiş prezident, respublikaçı Donald Tramp və vitse-prezident, Demokratlar partiyasından Kamala Harris arasında gedir.

Seçkilər bəzi şərq ştatlarında yerli vaxtla səhər 5-də (Bakı vaxtı ilə 14:00) başlanır. Alyaska və Havay kimi uzaq qərb ştatlarında isə axşam saatlarına qədər davam edəcək.

Seçkinin nəticələrinin bilinməsi məntəqələr bağlanandan bir neçə gün sonraya uzana bilər. Pensilvaniya kimi bəzi ştatlarda poçtla göndərilən bülletenlərin sayılması ləng gedəcək.

Seçici fəallığının 2016 və 2020-ci illərdəkindən daha yüksək olacağı bildirilir.

Federal seçki rəsmiləri noyabrın 4-də axşam xəbərdarlıq ediblər ki, Rusiya və İran seçkiyə təsir kampaniyasını gücləndirir, ABŞ-də seçicilər arasında narazılıq səpməyə çalışırlar, məqsədləri də seçki məmurlarına qarşı zorakılıq təşviq etməkdir.

Tramp üçüncü dəfədir prezidentliyə namizəd olur. O, 2020-ci ildə indiki prezident Co Baydenə uduzub. Bayden bu ilin iyulunda seçki kampaniyasından çəkilib. Daha öncə o, Trampla debatda zəif performans göstərərək yaşına görə narahatlıqları gücləndirmişdi.

Demokratların namizədi Harris seçilərsə, ABŞ-nin ilk qadın, həm də Cənubi Asiya mənşəli prezidenti olacaq. Tramp isə seçiləcəyi halda, tarixə bu posta ardıcıl seçilməyən ikinci prezident kimi düşəcək. 19-cu əsrin sonunda Qrover Klivlend bu mənada birinci olub.

İki namizədin fərqi

60 yaşlı Harris abort hüquqlarını müdafiə edir, Trampı demokratiyaya təhdid adlandırır, sonuncunun 2020-ci il yanvarın 6-da ABŞ-də Kapitoli binasına hücumda rolunu qeyd edir. O zaman Tramp Baydenə uduzmasını qəbul etməyərək tərəfdarlarını səslərini qorumağa çağırmışdı.

Tramp isə populist yanaşmasını işə salaraq belə bir mesaj verib ki, ikinci dönəmdə iqtisadiyyatını daha da yaxşılaşdıracaq, ölkəyə miqrant axınını dayandıracaq, ABŞ-nin Çin kimi rəqiblərinə qarşı daha sərt davranacaq.

Seçkinin nəticəsinin Ukraynaya başqa ölkələrdən daha çox təsiri ola bilər. Bu ölkənin işğalçı Rusiya qoşunlarından müdafiəsi daha çox ABŞ-nin hərbi, maliyyə və diplomatik dəstəyindən asılıdır.

Harris deyib ki, Baydenin Ukraynaya yardım siyasətini davam etdirəcək, Rusiyanın məğlubiyyətini görmək istəyir.

Tramp isə ABŞ-nin Ukraynaya dəstəyini sorğulayır, Avropanın bu yükü daha çox çəkməli olduğunu deyir. O, həmçinin NATO-nun gələcəyini sual altında qoyur.

İki namizəd seçki marafonunun son günlərində tərəfdarlarını səsverməyə getməyə çağırıblar.

Harris noyabrın 4-nü Pensilvaniyada keçirib. Tramp isə günü Şimali Karolinada başlayıb, sonra Pensilvaniyada iki məkanda olub, Miçiqanda başa vurub.

Bu üç ştat Viskonsin, Corciya, Arizona və Nevada ilə birlikdə seçkinin taleyini müəyyənləşdirən yeddi ştatlardır.

ABŞ seçki sisteminə görə, prezidentin kim olacağını ümumxalq səsverməsi deyil, 538 üzvü olan Seçki Kollegiyası müəyyənləşdirir. Bu kollegiyada hər bir ştat Konqresdəki nümayəndə sayına bərabər seçkiçi ilə təmsil olunur.

Harris və Tramp kollegiyada 270 səs yığa bilməsə, yanvarda Nümayəndələr Palatası prezidenti seçəcək, senat isə növbəti vitse-prezidentin kimliyini müəyyənləşdirəcək.

Artıq ölkə üzrə azı 77 milyon seçici səs verib. Noyabrın 5-i həm də hansı namizədin tərəfdarlarını məntəqələrə aparmaqda daha yaxşı nail olmasının sınağıdır.

Harris artıq poçtla səs verib. Tramp isə seçki günü Floridada səs verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri