Bəhramın 13 yaşına dair xatirəsi: “Narzan”dan bezmişdim...”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəhram Bağırzadə uşaqlıq illəri ilə bağlı xatirələrini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist 1985-ci ildə, 13 yaşında olarkən Yessentukiyə ilk səyahətdən danışıb.
O bildirib ki, həmin il Bakıda yayılan virus hepatiti A epidemiyasına yoluxub. 24 günlük karantin və müalicədən sonra həkimlər ona mineral su içməyi, pəhriz saxlamağı və sağlamlığımı bərpa etmək üçün Essentukiyə getməyi məsləhət görüblər: pizza mizza
“Beləliklə, 13 yaşlı bir oğlan kimi ilk dəfə qatarla Mineralnıye Vodı şəhərinə, oradan isə Yessentukiyə yola düşdüm. Atamın müharibədən sonra Qafqazda qalan əmisi oğlu orada yaşayırdı. Tez-tez onun evinə qonaq gedirdik.
Fotoda mən yaxın bir insanın yanındayam. Hər şeyin ilk dəfə yaşandığı o möcüzəli yaşda: ilk səfər, ilk təəssüratlar, futbol, gürcü dili ilə tanışlıq, ilk diskoteka və ilk öpüş...
Mineral su, sanatoriyalar, gəzintilər, yeni insanlar, yeni hisslər... "Narzan"dan bezmişdim, amma xoşbəxt idim. Bu, əsl uşaqlıq idi — sadə, bir qədər sadəlövh, amma kəşflərlə dolu.
13 yaşında həyat qəfildən böyük və qeyri-adi görünməyə başlayırdı. Demək olar ki, kiçik, şəxsi bar-mitsva mərasimi kimi - hər şeyin hələ qarşıda olduğu yeni bir dünyaya keçid.
Yessentuki, 1985-ci il. İlk böyük səyahətim və xoşbəxt uşaqlığım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 Oktyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















