Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Ölkənin müxtəlif bölgələrindən insanlar Yeni il tətili üçün Xankəndiyə axın edib

Ölkənin müxtəlif bölgələrindən insanlar Yeni il tətili üçün Xankəndiyə axın edib

Report.az saytına istinadən Icma.az xəbər verir.

Yeni ilin ilk günlərində işğaldan azad edilən ərazilərə, xüsusilə Xankəndi şəhərinə insan axını müşahidə olunub.

“Report”un Xankəndiyə ezam olunan əməkdaşı bayram tətilini keçirmək üçün şəhərə gələn qonaqların təəssüratlarını öyrənib.

Daşkəsən rayonunun Zivlən kəndindən olan Nizami Məmmədov Xankəndiyə Yeni il bayramını qeyd etmək məqsədilə gəldiyini deyib:

“Daşkəsən özünəməxsus təbiəti ilə seçilən rayonlardan biridir. Amma yeni ilin ilk günlərini Xankəndidə keçirməyi qərara aldım. Düşünürəm ki, Xankəndiyə gəlməyimiz və burada xoş anlar yaşamağımızla bu torpaqların azadlığı uğrunda canından keçmiş şəhidlərimizin də ruhu şad olur”.

N.Məmmədov 44 günlük Vətən müharibəsində iştirak etdiyini, döyüş yolunun Şuşaya qədər keçdiyini vurğulayıb:

“2020-ci ilin Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmişəm. O zaman Şuşadan Xankəndiyə tərəf baxdıqca ürəyimdə bir narahatlıq yaranırdı. Düşünürdüm ki, kaş qısa müddətdən sonra sərbəst şəkildə Xankəndiyə gedə biləydik. Çox sevinirəm ki, biz bu günü görürük”.

Yeni il tətilini Xankəndidə keçirən qonaqlar sırasında olan Akif Ağayev əslən Kəlbəcər rayonundan olduğunu söyləyib:

“Kəlbəcər işğal olunanda cəmi yeddi yaşım vardı. Ancaq o günləri çox yaxşı xatırlayıram. Vətən həsrəti ilə çox çətin günlər keçirmişik. Biz Azərbaycanın düşmən tapdağında olan ərazilərinin azadlığı üçün daim dualar edir və inanırdıq ki, o gün mütləq gələcək.

Fikrimcə, belə əlamətdar günlərin qeyd edilməsi üçün hamımızın müqəddəs saydığı torpaqlarımız ən uyğun seçimdir. Yeni ili Xankəndidə qarşılamaq xalqımızın haqqıdır”.

2025-ci ili ailəsi ilə birgə Xankəndidə qarşılayan Məhəmməd Alıyev deyib ki, Yeni ilin ilk günündən etibarən hər gün buraya gəlir:

“Bu xoş anları yaşamağımızın əsas səbəbkarı olan şəhidlərimizin ruhu qarşısında baş əyir, müqəddəs amal uğrunda sağlamlığını itirən hər bir soydaşımıza şəfa diləyirəm. Söz yox ki bütün bu nailiyyətlərin əldə edilməsi üçün müdrik və uzaqgörən siyasət yürüdülməlidir.

Cənab Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımız azad edildi. Bu qürur və sevinc dolu günlərin davamlı olması üçün hər birimiz bir vətəndaş olaraq ölkə başçısının ətrafında sıx birləşməli, həmrəyliyimizi daha da möhkəmləndirməliyik”.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri