Ölkəsində ilin anti kişisi oldu
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Almaniya kansleri Olaf Şolts "Playboy" jurnalının Almaniya redaksiyasınınversiyasına görə "ilin anti-kişisi" olub.
Milli.Az-ın xarici KİV-ə istinadla məlumatına görə, jurnal hər il alman qadınları arasında bu il hansı məşhur kişiləri xatırladıqlarını öyrənmək üçün müvafiq sorğular keçirir.
Almaniyada qadınların rəğbətini qazananların əksəriyyətini bu il futbolçu karyerasını başa vuran "Real"ın və "Bavariya"nın keçmiş futbolçusu Toni Kroos toplayıb. Respondentlərin 17 faizi ilin ən yaxşı kişisi kimi ona səs verib. İkinci yerdə basketbolçu Dennis Şröder, üçüncü yerdə futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Julian Naqelsmann qərarlaşıb.
Almaniyada ən populyar kişilər onluğuna heç bir siyasətçi daxil edilməyib. Lakin alternativ siyahıya - "ilin anti-kişisi" reytinqinə başçılıq edən siyasətçilərdir. Alman qadınları isə bu il kansler Olaf Şoltsu hamıdan çox bəyənməyiblər. İkinci yerdə iqtisadiyyat naziri Robert Habek, üçüncü yerdə isə bu yaxınlarda vəzifəsindən azad edilən maliyyə naziri Kristian Lindner qərarlaşıb. /Lent.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















