Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Ölkəyə 2 milyon manat pul daxil olub” Mətləb Bağırovun məhkəməsində gizli məqamlar açıqlandı

“Ölkəyə 2 milyon manat pul daxil olub” Mətləb Bağırovun məhkəməsində gizli məqamlar açıqlandı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“SalamNews” informasiya agentliyi və “İnterAz” kanalının rəhbəri olmuş Mətləb Bağırovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info “Unikal”-a istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.

Onlar Mətləb Bağırovun evində və iş yerində aparılan əməliyyat-axtarış tədbirlərində iştirak etdikərini, baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini söyləyiblər. Daha sonra şahid qismində Fərid Hüseynov ifadə verib. O bildirib ki, Mətləb Bağırov bacısının əridir. Onun sözlərinə görə, Mətləb Bağırovla birlikdə Cəlilabad rayonundan Bakıya gəliblər: “Qaradağ postunda maşını saxladılar. Polis əməkdaşı məndən sənədləri istədi. Sənədləri verəndə nə məsələ olduğunu soruşdu. Həmin vaxt Mətləb Bağırov maşında idi. Sonra bizi polis idarəsinə apardılar. Oradan da məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Məni inzibati qaydada həbs etdilər, 30 gün həbsdə saxlanıldım. Mətləb Bağırova narkotik ittihamı verildi. Mətləb Bağırovun narkotiklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur”. Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırdı. Sorğu- sual zamanı məlum olub ki, şahid Mətləb Bağırovun rəhbərlik etdiyi media qurumunda operator işləyib. Həmçinin sualları cavablandıran şahid bildirib ki, Mətləb Bağırovun göstərişi ilə bir neçə nəfərdən pul alıb və həmin pulları ona çatdırıb:

“Mən həmin pulların nə üçün olduğunu bilməmişəm. Onu bilmişəm ki, aralarında biznes münasibəti olub. Mən pulu götürdüyüm şəxsdən də bu barədə heç bir söz sorşurmamışam. Pul köçürən şəxslərdən heç kimi tanımamışam. Mən bildirim ki, Mətləb Bağırovun Türkiyədə olan tanışı Tural adlı şəxs deyirdi ki, Mətləb Bağırova çatacaq pulu filan şəxsə versin. Mən bunu dəqiq bilmirdim. Bunu Tural və Mətləb Bağırov bilirdi. Mənə pulu verdilər, mən də aparıb çatdırırdım. Mən Mətləb müəllimin qazancını götürmüşəm. Tural mənə deyirdi, mən də pulu götürürdüm”.

Vəkil Vasif Mirzəyevin suallarını cavablandıran şahid bildirib ki, Qaradağ postunda saxlanılan zaman bir zarafat olduğunu başa düşüb, buna görə də həmin polis əməkdaşını kənara itələyib: “Amma kənardan da gələn oldu. Bundan sonra əməliyyat olduğunu başa düşdüm. Sonra Mətləb Bağırovu polis idarəsinə apardılar”. Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər var. O, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmasını istəyib. Məhkəmə dövlət ittihamçısın təklifini nəzərə alaraq onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Şahid Fərid Hüseynov istintaqa verdiyi ifadəsində göstərib ki, Mətləb Bağırovun tapşırığı ilə Türkiyə vətəndaşı Hüseyin Kefsiz, Anar adlı şəxs və digərlərindən pulları qəbul edib və bunun qeydlərini özlərində aparıb:

“Mən bu pulun nə olduğunu bir neçə dəfə soruşsam da, Mətləb Bağırov mənə “işinlə məşğul ol, sürücüsən, sürücü işinlə məşğul ol” deyə cavab verib. Buna görə də bir neçə dəfə Mətləb Bağırov ilə mübahisələrimiz olub. Bir dəfə də işdən ayrılmışam, amma iş tapa bilmədiyim üçün işə geri qayıtmışam”. Şahid qeyd edib ki, Türkiyə vətəndaşından və Anar adlı şəxsdən hər ay 10-50 min ABŞ dolları arasında pul alıb. Onun sözlərinə görə, həmin pullar xaricdən gətirilib. Şahid həmin ifadəsini təsdiq etməyib. Bildirib ki, pulların hansı mənbədən gətirilməsindən məlumatı olmayıb. Sualları cavablandıran şahid qeyd edib ki, bu proses 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta biznesi də olub, bu yolla da pullar gəlib. Dövlət ittihamçısı “Burada 2 milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi” sualları verilib. Şahid isə bildirib ki, daxil olan məbləği dəqiq bilməyib.
Növbəti proses 2025-ci il yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, ötən il yanvarın 30-da həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mətləb Bağırova Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma), 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see377

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri