Olmo bu kluba keçə bilər
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın La Liqada qeydiyyatdan keçirə bilmədiyi yarımmüdafiəçisi Dani Olmo klubdan ayrılmağa yaxındır.
QOL.az xəbər verir ki, Kataloniya təmsilçisinin məhkəmə şikayəti qəbul olunmasa, Olmo azad agent statusu alacaq.
"Corriere della Sera"nın yaydığı məlumata görə, 26 yaşlı futbolçu "Milan"a keçə bilər.
İtaliya klubu ispaniyalı oyunçuya 6 aylıq müqavilə təklif edib. Bu da onun yayda "Barselona"ya qayıda bilməsinə şərait yaradır.
Qısa müddətli transfer reallaşarsa, həm "Milan" güclənəcək, həm də "Barselona" maliyyə problemlərini yoluna qoymaq üçün vaxt qazanacaq.
Qeyd edək ki, 2 gün əvvəl La Liqa Dani Olmo və Pau Viktora lisenziya vermədiyini təsdiqləyib.

Qeydiyyatdan keçə bilməyən Olmo Barselonadan ayrılacaq?
03 Yanvar 2025 21:21
Olmo kumirlərinin adını çəkib
17 Noyabr 2024 21:55
Olmo PSJdə? SON DURUM
29 Dekabr 2024 23:34
Olmo: “Statistikama əhəmiyyət vermirəm”
23 Fevral 2025 18:44
Olmo: “Barselona” mənim evimdir”
13 Mart 2025 21:58

