Runi “Mançester Yunayted”in müdafiəçisini sərt tənqid etdi
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi komandanın müdafiəçisi Lisandro Martinesi klubdakı vəziyyətlə bağlı ictimai açıqlamalarına görə sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, Runi argentinalı futbolçunun komandaya hörmətsizlik etdiyini bildirib.
“Düşünürəm ki, Martines hər şeyi əvvəlcədən hazırlamışdı. Niyə məhz bu oyundan sonra müsahibə verir? Bu, onun öz təşəbbüsü idi? Ümumiyyətlə, onun danışdığını çox nadir hallarda eşidirəm. Sanki hər şey əvvəlcədən planlaşdırılmışdı. Elə təəssürat yaranırdı ki, ətrafındakılarla məsləhətləşib və çıxıb bunları deməyə qərar verib.
Bu, üzücüdür. Çünki bütün futbolçuların birlik nümayiş etdirməli olduğu məqamlarda klub rəhbərliyində baş verənlər barədə danışmaq olmaz. Çətin dövrlərdə oyunçular, baş məşqçi və məşqçilər korpusu birliyini qorumalıdır. Əks halda, belə açıqlamalar paltardəyişmə otağında parçalanmaya səbəb ola bilər.
O, komanda yoldaşları haqqında xoşagəlməz fikirlər səsləndirir, onların kifayət qədər yaxşı olmadığını deyir. Bu isə hörmətsizlikdir.
Açığını desəm, düşünürəm ki, belə məsələlər barədə danışmaq hüququ olan yeganə futbolçu bəlkə də Brun udur, çünki o, komandanın kapitanıdır. Amma hətta bu halda da belə məsələlər bağlı qapılar arxasında həll edilməlidir.
Futbolçular məşqçi ilə danışmalı, məşqçi isə rəhbərliklə müzakirə aparmalıdır. Martinesin bu müsahibəsi klubun hazırkı vəziyyətinə heç bir kömək etməyəcək. Əksinə, komanda ətrafında səs-küyü daha da artıracaq. İndi hamı futbolçuların narazı olduğunu, sabit çıxış etmədiyini və bir-birinə güvənmədiyini danışacaq. Bunun heç bir faydası yoxdur”, – deyə Runi “Amazon Prime” efirində vurğulayıb.
Qeyd edək ki, Lisandro Martines “Atletiko”ya məğlubiyyətdən sonra klub rəhbərliyini transfer siyasətinə görə tənqid edib. Argentinalı müdafiəçi komandanın rəqabətədavamlı olması üçün yeni futbolçulara ehtiyac duyduğunu və texniki direktordan daha çox şey gözlədiyini bildirib. O, həmçinin “Mançester Yunayted”in meydanda komanda şəklində yaxşı oynamadığını, futbolçular arasında qarşılıqlı anlaşmanın çatışmadığını vurğulayıb. Martinesin fikrincə, klubun problemlərini yalnız baş məşqçi dəyişikliyi ilə həll etmək mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Oktyabr 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















