Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI ÖZƏL
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırda ölümündən sonra orqanlarını bağışlamaq üçün qeydiyyatdan keçmiş 976 könüllü donor var.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, insanlar arasında məlumatlılığın artması nəticəsində donorların sayında müsbət dinamika müşahidə olunur.
Bəs, bu günə qədər neçə meyit donordan orqan transplantasiyası aparılıb?
“İndiyədək ümumilikdə 9 meyit donordan 37 orqan transplantasiyası əməliyyatı həyata keçirilib”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, hazırda 1000 nəfərdən çox xəstə orqan transplantasiyasını gözləyir.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Ölümündən sonra donor olmaq istəyənlərin sayı...
05 Sentyabr 2025 13:55
Ölümündən sonra donor olmaq istəyənlərin sayı artdı
10 Yanvar 2025 12:37
Ölümündən sonra donor olmaq istəyənlərin sayı çox azdır
24 Fevral 2025 16:49
Dirijor və bəstəkar olmaq istəyənlərin sayı AÇIQLANDI ÖZƏL
02 Sentyabr 2025 17:43
Baxış sayı:25
Bu xəbər 13 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















