Icma.az
close
up
RU
Omanda VIII Beynəlxalq Mülki Aviasiya Təhlükəsizlik Həftəsi keçirilir AZƏRTAC

Omanda VIII Beynəlxalq Mülki Aviasiya Təhlükəsizlik Həftəsi keçirilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 10 dekabr, AZƏRTAC

Omanın paytaxtı Məsqət şəhərində “Səkkizinci Beynəlxalq Mülki Aviasiya Təşkilatı Təhlükəsizlik Həftəsi” başlanıb. Dörd gün davam edəcək tədbir Oman Sultanlığında Mülki Aviasiya İdarəsi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

AZƏRTAC Oman informasiya agentliyinə istinadla xəbər verir ki, tədbirdə təşkilata üzv dövlətlərdən, həmçinin mülki aviasiya sektoru ilə əlaqəli beynəlxalq təşkilat və qurumlardan 600-dən çox rəsmi şəxs və mütəxəssis iştirak edir.

Tədbirin hədəfi sərnişinlərin və ekipaj üzvlərinin qorunmasının təmini, beynəlxalq aviasiya təhlükəsizliyinin qarşısında duran problemlərin həlli yollarını müzakirə etməkdir. Bununla yanaşı, müzakirələrdə təhdidlərin qarşısını vaxtında almaq üçün üzv dövlətlər arasında birgə fəaliyyətin və əməkdaşlığın əhəmiyyətinə toxunulacaq.

Mülki aviasiyanın təhlükəsizliyi ilə əlaqədar əsas məsələlər və çağırışlarla bağlı üç mühüm panel iclası keçirilib. Bugünkü panel iclaslarında qlobal aviasiya təhlükəsizlik planı, yeni təhdidlərlə mübarizə və aviasiya təhlükəsizliyi auditi üçün dövlətlərin hazırlıq vəziyyəti kimi mövzular müzakirə ediləcək.

Tədbirin üçüncü günü yüksəksəviyyəli nazirlər toplantısı keçiriləcək. Burada üzv dövlətlərin bu sahə ilə əlaqəli qurumların rəhbərləri, beynəlxalq və regional təşkilatların, aviaşirkətlərin nümayəndələri iştirak edəcəklər.

Tədbirin sonunda “Məsqət Bəyannaməsi” qəbul ediləcək. Bu sənəd kibertəhlükəsizlik və mülki aviasiyanın kritik infrastrukturunun qorunması kimi mühüm məsələləri ehtiva edəcək və aviasiya təhlükəsizliyi üzrə qlobal prioritetlərin müəyyən edilməsində mühüm addım sayılacaq.

ICAO həftəsi çərçivəsində “Gənclərin imkanlarının artırılması: Aviasiya təhlükəsizliyində gender bərabərliyinə nail olmaq” mövzusunda panel iclas da təşkil olunacaq. Burada gənclərin adıçəkilən sahədə iştirakının artırılması və beynəlxalq əməkdaşlığa töhfəsi, bu sahədə gender bərabərliyinin əhəmiyyəti müzakirə ediləcək.

Eyni zamanda, həftə çərçivəsində Beynəlxalq Mülki Aviasiya Günü, ICAO-nun yaradılmasının 80 illiyi və 17-ci əlavənin qəbul edilməsinin 50 illiyi münasibətilə tədbir və sərgi keçiriləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 03:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri