Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub
Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Araz Əsgərli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin olunub.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan A.Əsgərli bu vəzifəyə qədər uzun illər dövlət qulluğunun xüsusi növündə olan orqanlarda Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə, eləcə də ictimaiyyətlə əlaqələr və mətbuat sahəsində də fəaliyyət göstərib.
AzNews.az

Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub
05 Dekabr 2024 10:20

