Icma.az
close
up
RU
Günahkar kimi düşən, qəhrəman kimi qalxan Mərhəmətin ictimai təhlükəsi

Günahkar kimi düşən, qəhrəman kimi qalxan Mərhəmətin ictimai təhlükəsi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Bakıda “uçan taksi”… Körpüdən yerə düşdü, həm də elə bil cəmiyyətin emosional telinə çırpıldı.

Baş verən bu qeyri-adi qəza bir çox insan üçün sadəcə yol-nəqliyyat hadisəsi idi. Amma hadisədən sonra yaranan ictimai reaksiya — yardımlar, paylaşmalar, simpatiya dolu şərhlər — daha böyük və daha dərin bir problemi ortaya çıxardı: cəmiyyətin məsuliyyət hissi və qəhrəman anlayışının deformasiyası.

***


“Bolt” sürücüsü BYD markalı avtomobillə körpüdən yük maşınının üstünə, ordan isə yerə aşdı. Nəticədə dövlət əmlakına ziyan dəydi, digər sürücü xəsarət aldı və ən əsası, avtomobildəki qadın sərnişin həyati təhlükə ilə üzləşdi. O, qəzanın qurbanı ola bilərdi. Amma onun keçirdiyi stress, yaşadığı qorxu və ailəsinin narahatlığı heç bir yerdə ciddi müzakirə olunmadı.

Əvəzində qəzanın səbəbkarı olan sürücünün yazıq və çarəsiz görüntüləri yayıldı, sosial şəbəkələrdə empatiya dalğası başladı. “Uçan taksi pilotuna yardım” kampaniyaları, paylaşmalar, “qəhrəmanlıq” statusları bir-birini izlədi. Amma bu təəssüf fırtınasında əsas sual itib getdi: Bəs məsuliyyət?

***

İctimai reaksiyanın bu qədər yumşaq, hətta qoruyucu olması təsadüfi deyil. Bu, sosial ədalətsizlik və bərabərsizlikdən əziyyət çəkdiyini düşünən cəmiyyətin təbii refleksidir: kasıba avtomatik mərhəmət, imkanlıya isə avtomatik qəzəb, nifrət.

Burada çox təhlükəli bir xətt yaranır: “Kasıbdırsa, səhvi də bağışlanar” yanaşması. Əgər bu qəzanı bahalı avtomobil sürən, imkanlı bir şəxs törətsəydi, sosial şəbəkələrdə linç konvoyları günlərlə növbə çəkərdi. Bunun bir neçə nümunəsini görmüşük.

“Qanun zəifə qarşı güclü, güclüyə qarşı lal olanda, cəmiyyət mərhəməti ədalətə çevirir”.

Bu isə nə qanunun, nə də sağlam cəmiyyətin prinsiplərinə uyğundur. Hər kəsin törətdiyi əməl eyni ölçüdə qiymətləndirilməlidir.

***

Qəzanı törədən şəxsə dövlətin qayğısı təqdirəlayiqdir. O, dərhal xəstəxanaya yerləşdirilir, tibbi yardım alır, əməliyyata hazırlanır. Lakin bu mərhələdə sürücü dövlət xəstəxanalarını - əhalimizin böyük bir hissəsinin müraciət etdiyi tibb müəssisəsini bəyənmir, özəl klinikanı seçməkdə israr edir və müalicə aldığı xəstəxananı tərk edir.

Bu, sadəcə seçim azadlığı deyil. Bu, həm də cəmiyyətin yardım etdiyi şəxsdən gözlədiyi davranışla ilk ziddiyyətdir. İnsanlar ona kömək edir, o isə sanki bu yardımı borc kimi yox, haqq kimi görür. ƏDALƏTİN XALQ VERSİYASI kifayət qədər təhlükəlidir.

“Mərhəmət ədalətin yerini tutanda, məsuliyyət kölgədə qalır”.


Qəzanın ardından sürücünün xəstəxanadan verdiyi açıqlamalar da ictimai reaksiyanın neqativ təsirini ortaya qoydu. Sanki o, hadisənin səbəbkarı yox, təsadüfi zərərçəkən idi. Danışığında nə səmimiyyət, nə peşmanlıq vardı, məsuliyyət hissi isə yaddan çıxıb.

Hər kəsin qanun qarşısında eyni dərəcədə cavabdeh olduğu bir cəmiyyət ideal görünür. Amma bizdə bəzən mərhəmət o qədər şişir ki, məsuliyyət havasız qalır.

Bəzənsə mərhəmət ədalətin qarşısında sipərə çevrilir. Zərərçəkənlərin səsi isə bu emosional qəhrəman obrazının kölgəsində itib gedir.

“Uçan taksi” bir daha göstərdi ki, emosiya ilə idarə olunan cəmiyyətdə səhvlər bağışlanır, məsuliyyət isə təxirə salınır.

Burada ictimai emosiyaların təsirinə düşən medianın da rolu var. Emosiyalarla deyil, prinsiplərlə hərəkət edilməlidir. Əks halda, məsuliyyətsizlik qəhrəmanlıq obrazına bürünər və gələcək üçün təhlükəli presedent yaradılar.

Elçin Zahiroğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Aprel 2025 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see213

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see121

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri