Icma.az
close
up
RU
Ombudsman beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib

Ombudsman beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə təşkil edilib.

Bu barədə "Operativ Media"a Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müzakirədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) katibliyinin nümayəndəsi Karolina Krittin, Hondurasın İnsan Hüquqları üzrə Müvəkkili təsisatının icraçı direktoru Zabdi Abigail Kanales Funes, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Ombudsman COP29 kimi mühüm qlobal tədbirə ev sahibliyi edən Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Müvəkkil bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafın beş milli prioritetindən birinin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edildiyini, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonaları kimi müəyyən olunduğunu qeyd edib.

S.Əliyeva ombudsman və milli insan hüquqları institutlarının iqlim ədalətinin təmin edilməsində, sağlam ətraf mühit hüququnun və iqlim dəyişikliyindən təsirlənən həssas qrupların hüquqlarının qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsinin, bu problemin insanlara hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb və hər kəsi həmrəylik nümayiş etdirməyə, təcili tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıb.

Sonra Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Beynəlxalq insan haqları və BMT sistemi üzrə ekspert Afərin Şahidzadə və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov çıxış ediblər.

Tədbirdə iqlim dəyişikliyinin ən çox təsir göstərdiyi həssas qrupların müdafiəsi, ətraf mühitin mühafizəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, iqlim ədalətinin təmin edilməsində ombudsman təsisatlarının rolunun gücləndirilməsi imkanları və digər müvafiq məsələlər barədə ekspertlərin məruzələri dinlənilib, iqlim dəyişikliyinin insan hüquqlarına təsiri, mövcud problemlər və onların həll yolları, əldə edilmiş müsbət təcrübələr, həmçinin müvafiq sahələr üzrə interaktiv müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 14 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri