Ombudsman: İcra məmurları uşaqların mənafelərinin üstünlüyü prinsipini nəzərə almır
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mövcud boşluqlar nəzərə alınaraq, alimentlə bağlı məhkəmə qərarlarının icrası metodlarının təkmilləşdirilməsi, habelə Ombudsmanın əvvəlki illik məruzələrində də irəli sürülən təkliflər nəzərə alınmaqla alimentin ödənilməsinə vahid dövlət nəzarət mexanizminin yaradılması günün tələbinə çevrilmişdir.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib.
Səbinə Əliyeva bildirib ki, ünsiyyət tələbinə dair məhkəmə qərarlarının icrası zamanı tərəflər və icra məmurları uşaqların mənafelərinin üstünlüyü prinsipini nəzərə almır ki, bu da onların psixoloji durumuna neqativ təsir göstərir:
"Qeyd olunanları nəzərə alaraq, həmin qərarların icrası metodları da təkmilləşdirilməli, icra prosesində psixoloqun iştirakı təmin olunmalı, bununla bağlı qanunvericiliyə zəruri dəyişikliklər edilməlidir".
Qafqaz Rafiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















