Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Məhkəmə, yoxsa savaş meydanı?

Məhkəmə, yoxsa savaş meydanı?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ermənistanda siyasi qarşıdurma hüquqi müstəviyə keçib

Ermənistanda bu ilin iyun ayında keçirilmiş parlament seçkilərindən sonra ölkənin daxili gündəmini ən çox məşğul edən məsələlərdən biri hüquq-mühafizə orqanlarının keçmiş siyasi hakimiyyət və iri biznes nümayəndələri ilə bağlı başladığı hüquqi proseslərdir. Bu baxımdan sabiq prezident Robert Koçaryan, onun oğlu Sedrak Koçaryan, katolikos II Qaregin, keçmiş müdafiə naziri Seyran Ohanyan, “Güclü Ermənistan” partiyasının lideri, oliqarx-milyarder Samvel Karapetyan, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, nəhəng biznes imperiyasına malik Qaqik Sarukyan və digər tanınmış şəxslər ətrafında baş verən hadisələr xüsusi diqqət çəkir.

Koçaryanlar əkdiklərini biçməkdədirlər

R.Koçaryanla bağlı vəziyyət xüsusilə diqqət çəkir. Seçkilərdən sonra onun ölkədən çıxışına məhdudiyyət qoyulması barədə məlumatlar yayılmışdı. Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan sabiq prezidentin əvvəlcədən planlaşdırdığı xarici səfəri həyata keçirə bilmədiyini (?) təsdiqləmişdi. Həmin vaxt məhdudiyyətin səbəbi rəsmi şəkildə açıqlanmamışdı. Hazırda Koçaryan və oğlu Sedrak “Nubaraşen” istintaq təcridxanasında saxlanılırlar. Onlar külli miqdarda rüşvət almaqda, iri dövlət əmlakının ələ keçirilməsinə ittiham olunurlar.

Karapetyanın hakimiyyəti ələ keçirmək cəhdləri

Ermənistanın tanınmış biznesmenlərindən, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın işi həm siyasi, həm də iqtisadi baxımdan diqqət çəkir. Cinayət işi 2025-ci il iyunun 19-da başlanıb. Karapetyan hakimiyyəti ələ keçirməyə və ölkənin konstitusiya quruluşunu devirməyə açıq çağırışlarda ittiham olunub. Sonradan işə çirkli pulların yuyulması ilə bağlı daha bir ittihamın əlavə edildiyi bildirilib. 2026-cı ilin yanvarında məhkəmə onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. İyulun 9-da isə Antikorrupsiya Məhkəməsi ev dustaqlığının müddətini daha 2 ay uzadıb. Karapetyan hazırda ev dustaqlığındadır. Bu işin siyasi tərəfi də diqqətdən kənarda qalmır. Karapetyan Paşinyan hakimiyyətinə qarşı çıxan qüvvələrdən birinin rəhbəridir. Baş nazir isə seçki kampaniyası zamanı Karapetyan, Koçaryan və Sarukyanın sərvətlərinin müsadirə ediləcəyini, seçkiqabağı rüşvət yolu ilə əldə olunduğu iddia edilən vəsaitlərin geri qaytarılmalı olduğunu bəyan edib.

Sarukyanın seçki rüşvəti və vergidən yayınması

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanla bağlı proseslər də bir neçə istiqaməti əhatə edir. Onun vergidən yayınma ittihamı üzrə cinayət təqibinə cəlb olunduğu, İstintaq Komitəsinə çağırıldığı və barəsində rəsmi ittiham irəli sürüldüyü bildirilir. İlkin mərhələdə onun ölkədən çıxışına da qadağa qoyulmuşdu. İndi isə Sarukyan da istintaq təcridxanasındadır. Bundan əlavə, Sarukyanın rəhbərlik etdiyi siyasi qüvvənin nümayəndələrinin parlament seçkiləri zamanı seçicilərə pul təklif etməsi ilə bağlı araşdırma aparıldığı açıqlanıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Lori vilayətinin Spitak icmasına daxil olan Qoqaran və ətraf yaşayış məntəqələrində seçicilərə “Çiçəklənən Ermənistan”a səs vermələri, eləcə də başqa seçiciləri həmin partiyaya yönləndirmələri müqabilində pul təklif olunması barədə faktiki məlumatlar əldə edilib.

Ohanyanın hərbi cinayətləri

2008–2016-cı illərdə ölkənin müdafiə naziri olmuş Seyran Ohanyan barəsində də cinayət işi üzrə ilkin istintaq başa çatıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, keçmiş nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İstintaqın versiyasına əsasən, Ohanyan hərbçilər arasında mənzil bölgüsü üçün müəyyən edilmiş qaydaya müdaxilə edib və Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə qurum əməkdaşlarından birinin mənzillə növbədənkənar təmin olunmasına şərait yaradıb. İş materiallarında göstərilir ki, 2008-ci il iyulun 12-də Müdafiə Nazirliyinin daxili təhlükəsizlik şöbəsinin rəisi M.İ. mənzil məsələsi ilə bağlı iki raport hazırlayıb. Onlardan biri inzibati aparatın rəhbərinə, digəri isə Seyran Ohanyana ünvanlanıb. İstintaqa görə, Ohanyan həmin prosedura müdaxilə etmək üçün hüquqi əsaslara malik olmadığı halda komissiyaya məsələni operativ həll etmək barədə göstəriş verib. Avqustun 11-də keçirilən komissiya iclasından sonra Ohanyanın qohumu olan həmin əməkdaşa İrəvanda üçotaqlı mənzil ayrılıb. Ohanyanın hərəkətləri vəzifəli şəxsin hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə etməsi maddəsi ilə qiymətləndirilib.

II Qaregin və 6 yepiskop

Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin və onunla birlikdə mühakimə olunan 6 yepiskopla bağlı proseslər digər işlərdən fərqli olaraq dini qurumla dövlət hakimiyyəti arasındakı münasibətləri də əhatə edir. İş üzrə ilk iclas avqustun 7-də Eçmiədzində keçirilib və II Qaregin məhkəmədə şəxsən iştirak edib. Lakin işə mahiyyəti üzrə baxılması mümkün olmayıb: hakim Akop Manukyan özünə etiraz verib. Daha sonra iş hakim Serj Ruşanyana həvalə edilib. Avqustun 28-də Ruşanyan materialların İrəvanın ümumi yurisdiksiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. Sonrakı mərhələdə işi hakim Vaaqn Melikyanın araşdıracağı açıqlanıb. Paşinyan hökuməti Erməni Apostol Kilsəsində islahatların aparılmasını, o cümlədən katolikosun dəyişdirilməsini təklif edib. Baş nazirin seçki proqramında əvvəlcə müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbul edilməsi və daha sonra yeni katolikosun müəyyənləşdirilməsi barədə müddəalar yer alıb.

Qukasyanın işi uzanır

Gümrünün sabiq meri Vardan Qukasyanın işi də Ermənistanın məhkəmə gündəmində diqqətçəkən proseslərdəndir. Onun vəkili Aramais Ayrapetyan oktyabrın 28-də jurnalistlərə bildirib ki, müdafiə tərəfi ittihamın təqdim etdiyi yazılı sübutları, o cümlədən gizli əməliyyat-axtarış tədbirlərinin nəticələrini araşdırır. Ayrapetyan iddia edib ki, səs yazılarında “Mülki müqavilə” partiyası ilə əlaqəli konkret adlar eşidilsə də, protokollarda bəzi ifadələrin anlaşılmadığı qeyd olunub. Müdafiə tərəfi bunun qəsdən edilib-edilmədiyinə dair suallar qaldırıb.

Bağdasaryanın əmlakına həbs qoyulub

Ermənistan parlamentinin keçmiş sədri Artur Bağdasaryan və ailə üzvləri ilə bağlı araşdırma qanunsuz əldə edilmiş əmlak məsələsinə aiddir. Oktyabrın 28-də yayılan məlumata görə, Antikorrupsiya Məhkəməsinin qərarı ilə Bağdasaryanın, ailə üzvlərinin və onunla əlaqəli yeddi şəxsin əmlakına həbs qoyulub. Ermənistan Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin məlumatında 8 daşınmaz əmlak obyekti, nəqliyyat vasitələri də daxil olmaqla 1020 daşınar əmlak vahidi, habelə 156,5 milyon dram – təxminən 435 min dollar göstərilib.

Məhkəmə qarşıdurmanı səngidəcəkmi?

Göründüyü kimi, Ermənistanda parlament seçkilərindən sonra hakimiyyətlə müxalifət arasındakı mübarizə səngiməyib. Cinayət təqibləri, əmlaka həbs qoyulması və tanınmış şəxslərlə bağlı məhkəmə işləri siyasi gündəmin əsas mövzularına çevrilib. Hakimiyyət korrupsiya və seçki rüşvətinə qarşı mübarizə apardığını bildirir, müxalifət isə prosesləri siyasi rəqiblərin zəiflədilməsi cəhdi kimi qiymətləndirir.

“Hraparak” qəzetinin dünən yaydığı məlumata görə, hakimiyyət daxilində bəzi partiyaların fəaliyyətinin dayandırılması üçün zəmin hazırlanması müzakirə olunur. Paşinyan da seçkilərdən sonra “üçbaşlı müharibə partiyası”nın məğlubiyyətindən danışaraq kənardan idarə olunduğunu iddia etdiyi müxalifətə qarşı sərt mövqe nümayiş etdirib. Koçaryan, Karapetyan, Sarukyan, Ohanyan və II Qareginlə bağlı işlər fərqli ittihamları əhatə edir. Onların hamısını siyasi təqib saymaq, bütün ittihamları sübuta yetirilmiş fakt kimi qəbul etmək düzgün deyil.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri