Icma.az
close
up
RU
Ömrü uzadan 6 yoxlanılmış vərdiş

Ömrü uzadan 6 yoxlanılmış vərdiş

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sadə gündəlik məşğuliyyətlər ümumi hal-əhvalı yaxşılaşdıra və ömrün uzunluğuna müəyyən təsir göstərə bilər.

Mümkün uzunömürlülük baxımından gündəlik vərdişlər pəhriz qədər böyük təsir göstərə bilər. Uzun ömür əldə etmək üçün onu qısaltmağa qadir olan bir çox sağlamlıq problemindən uzaq olmaq lazımdır - bu sadə, lakin təsirli prinsip barədə ingilis əczaçı Culiya Gerrini müsahibədə xatırladıb. AZƏRTAC ömür uzunluğunun artırılmasına kömək edən amillər barədə məlumat verir.

Müəyyən vaxtda yuxuya getmək. Yuxusuzluq bir sıra xəstəliklərin riskini artırır, lakin insan normadan çox yatanda depressiya və ömrünüzə mənfi təsir edə biləcək digər xəstəliklərə meyilliliyi ilə əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, hər gecə yeddi-səkkiz saat yatmaq lazımdır.

"Düzgün tənzimlənən gecə yuxusu ümumi sağlamlıq və rifah üçün həlledici əhəmiyyət kəsb edir və son nəticədə daha çox yaşamaq şansını artırır".

Meditasiya. Xroniki stres təkcə ruhi sağlamlığa deyil, həm də fiziki sağlamlığa mənfi təsir edir, insan ömrünü qısaldır. Meditasiya və nəfəs məşğələləri bədəndəki kortizol (stres hormonu) səviyyəsini azaldır, psixoloji vəziyyəti yaxşılaşdırır və immun sistemini gücləndirir. Bu vərdişin müntəzəm olaraq əldə edilməsi ümumi stres və narahatlıq səviyyələrini azaldacaq və nəticədə ömrü uzatmağa kömək edəcək.

Aktiv fəaliyyət. Uzun müddət sağlam yaşamaq arzusunda olan insanlar üçün aktiv qalmaq həyati əhəmiyyət kəsb edir - buna hətta həftədə ən azı beş dəfə hər gün 15-30 dəqiqəlik orta fiziki məşq etməklə (məsələn, parkda gəzmək) nail olmaq olar.

İstifadə edilən spirtli içkilərə nəzarət edilməsi. Mütəmadi olaraq spirtli içkilərin qəbul edilməsi ürək xəstəlikləri riskini artıra, qan təzyiqini yüksəldə, çəki almağa kömək edə və bir çox başqa problemə səbəb ola bilər. Spirtli içkilərin qəbul edilməsinə nəzarət etmək vərdişi - uzun ömür üçün ən vacib vərdişlərdən biridir.

Çay və qəhvə qəbul etmək. Mütəxəssis qeyd edir ki, bu içkiləri normal miqdarda qəbul etmək vərdişi xroniki xəstəlik riskinin aşağı olması ilə əlaqədardır. C.Gerrininin sözlərinə görə yaşıl çay, sağlamlıq üçün ən faydalı ilıq içkilərdən biridir və xərçəng xəstəliyinin bəzi növlərinə, diabetə və ürək xəstəliklərinə daha az meyillilik onun qəbul edilməsi ilə əlaqələndirilir. Qəhvə içmək 2-ci növ diabetin, ürək xəstəlikləri, altsheymer və parkinson xəstəlikləri riskini azaldır.

İnciməmək. Fərqli həyat şəraitini fəlsəfi nöqteyi-nəzərdən qəbul etmək, inciməmək və kin saxlamamaq vərdişi, son nəticədə insanın ömrünü uzada bilər. Xroniki qəzəb ürək xəstəlikləri, ağciyərin sağlamlığının pozulması və insultlar kimi bir çox xəstəliklərlə əlaqədardır. Bağışlayaraq və inciklikdən xilas olaraq, biz narahatçılığımızı azaldır və qan təzyiqimizi yaxşılaşdırırıq.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri