Icma.az
close
up
RU
Ömrü uzadan giləmeyvə

Ömrü uzadan giləmeyvə

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şərqdə bu giləmeyvə hələ qədim vaxtlardan çox məşhurdur. Şərqdə tutu "şah giləmeyvəsi", "ömür uzadan giləmeyvə" adlandırırdılar.

Hələ qədimdə bu giləmeyvə, onun yarpaqları, kökləri və ağacının qabığı müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Məşhur Avisenna bu giləmeyvəni yaşlı insanlar üçün xüsusilə xeyirli hesab edirdi.

Tut bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Tutun tərkibində müxtəlif orqanik turşular, fruktoza, qlükoza, efir yağları, A,C, K, B qrupu vitaminləri, fol turşusu, beta-karotin, fosfor, kalium, maqnezium, kalsium, dəmir, sink var.

Belə zəngin tərkib tutu insanın bir çox orqan və sistemləri üçün xeyirli edir.

Kalium, maqnezium və dəmir ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu səbəbdən tut ürək-damar sisteminə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

Qara tut qanın tərkibinə də çox müsbət təsir edir, orqanizmin qanyaradan funksiyasını gücləndirir. Anemiyalardan (qanazlığı) əziyyət çəkən insanlar bu giləmeyvəyə mütləq fikir verməlidir.

Sübut olunub ki, tut (həm qara, həm ağ) orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.

Tutun şirəsi çox faydalı məhsuldur. İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı tutun şirəsi xəstənin vəziyyətini yaxşılaşdırır, sağalmanı sürətləndirir.

Tut yumşaq sidikqovucu təsirə malikdir. İltihabəleyhinə təsiri ilə birlikdə bu tutu böyrək, sidik kisəsi və sidik yolları ilstihabları zamanı çox xeyirli edir.

Həmçinin tut (həm qara, həm ağ) qəbizlik zamanı da çox yaxşı kömək edir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, gücləndirir, bağırsaqları yaxşı təmizləyir.

Tut sinir sistemi üçün də xeyirlidir - sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, baş ağrılarını azaldır. Əqli fəaliyyəti ilə məşğul olan insanlara tut xüsusilə xeyirlidir - tut beyinin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.

Tutun yarpaqları da çox güclü müalicəvi xüsusiyyətlərə malikdir. Tutun yarpaqlarının dəmləməsi bronxit və ağ ciyər iltihabları zamanı çox xeyirlidir - iltihabı azaldır, bəlğəmgətirici təsir edir.

Şəkərli diabet xəstələrinə də belə dəmləmə xeyir gətirər - dəmləmə qanda şəkərin səviyyəsini aşağı salır. Həmçinin tutun yarpaqlarının dəmləməsi ödemləri azaldır, arterial təzyiqi tənzimləməyə kömək edir, baş ağrılarını azaldır.

Nəzərinizə çatdıraq ki, tut allergik reaksiyalara səbəb ola bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlar bu giləmeyvəni yeməməlidir (tərkibində çoxlu miqdrda qlükoza və fruktoza var). Həmçinin bu giləmeyvədən süi-istifadə mədə və bağırsaq problemlərinə (ishal, köp və s) səbəb ola bilər. Gün ərzində 200-300 qr tut yemək kifayətdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri