Icma.az
close
up
RU
Menu

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

Alimlər qanadsız külək turbinini yaradıblar...

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

ABŞ nin qorxusundan heç kim İsrailə qarşı çıxa bilməz

Ömrünü elmə və təhsilə həsr edən alim

Ömrünü elmə və təhsilə həsr edən alim

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Hər bir xalqın elm tarixində parlaq iz buraxan, elminin inkişafına misilsiz töhfələr verən alimləri olur. Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, fizikada yeni cığırlar açmış, elmimizin, təhsilimizin və cəmiyyətimizin dəyərli simalarından biri olan Əhməd Abdinovun həyat yolu - bir elmin, bir məktəbin, bir ideyanın tarixidir. Bu tarix - zəhmətin, əzmkarlığın, fədakarlığın və elmə sonsuz sevginin tarixidir.

Əhməd Şahvələd oğlu Abdinov 30 may 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olub. 1953-1963-cü illərdə Ordubad şəhər 1№-li orta məktəbində təhsil alıb və orta məktəbi "əla" qiymətlərlə bitirib. 1963-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub, 1968-ci ildə BDU-nu Fizik, Fizika müəllimi ixtisasları üzrə Fərqlənmə diplomu ilə bitirib. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüd - Lenin təqaüdü alıb. 1967-68-ci illərdə - Universitetin sonuncu kursunda oxuyarkən “Dairəvi lazerlərin xətti modelləşdirilməsi” mövzusunda diplom işini Belarusiya Elmlər Akademiyasının Fizika İnstitunda SSRİ Dövlət Mükafatı Laureatı akademik B.İ.Stepanovun laboratoriyasında yerinə yetirib. Bu İnstitutda o, bir tədqiqatçı kimi yetişmək imkanı qazanıb və nəzəriyyəçi alim V.Rubanovun və diplom işinin elmi rəhbəri A.Orlovun irəli sürdükləri nəzəri mülahizənin döğruluğunu yoxlamaq üçün dairəvi He-Ne qaz lazerinin xətti modelini yaradaraq müvafiq müşahidələr və eksperimentlər həyata keçirib. 

Əhməd Abdinov 1969-cu ildə BDU-nun Fizika fakültəsinin Eksperimental fizika kafedrasının “Elektronika” ixtisası üzrə əyani aspiranturasına daxil olub. O, aspirantura təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının akademik A.F.İoffe adına Fizika-Texnika İnstitutunda alıb. Həmin İnstitutda Lenin Mükafatı Laueratı S.M. Rıvkinin laboratoriyası adlanan məşhur “Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri” laboratoriyasında professor L.Q.Pariçkinin elmi rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, yarımkeçiricilərdə qızmar elektronlarla bağlı olan effektlərin tədqiqi ilə məşğul olub. Əhməd Abdinov 1972-ci ildə “Germanium yarımkeçiricisində tarazlıqda olmayan “qızmar” qeyri-əsas yükdaşıyıcıların xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-ryaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. O, 1979-cu ildə dosent elmi adını alıb. 1979-cu ildə həmçinin “Laylı quruluşlu AIIIBVI birləşmələri tipli qeyri-bircins yarımkeçiricilərdə elektron hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, həmin dövr üçün Azərbaycanda fizika üzrə ən gənc elmlər doktoru olub. 1981-ci ildə professor elmi adını alıb.

Əhməd Abdinov ilk əmək fəaliyyətinə Universiteti bitirdikdən sonra - 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində başlayıb. Aspirantura təhsilini başa vurduqdan sonra isə əvvəlcə BDU-nun Fizika fakültəsində Molekulyar fizika kafedrasında 1972-1974-cü illərdə assistent, sonra Yarımkeçiricilər fizikası kafedrasında 1974-1979-cu illərdə baş müəllim, 1979-1981-ci illərdə dosent, 1981-1992-ci illərdə professor, daha sonra 1988-1989-cu illərdə fakültə dekanı vəzifələrində çalışıb, 1992-ci ildən  Fiziki elektronika kafedrasına rəhbərlik edir. 

Alimlik, əslində bir ömür boyu davam edən bir axtarış, tükənməz bir səfərdir. Bu səfər yalnız bilik toplamaq deyil, həm də bu bilikləri cəmiyyətin, millətin və gələcək nəsillərin inkişafına xidmət etdirmək deməkdir. Əhməd Abdinov da belə bir elm yolçusudur - daim öyrənən, öyrədən və yaratdıqlarını paylaşan bir insandır. Onun fəaliyyətindəki əsas məqsəd yalnız elmi yeniliklər etmək deyil, həm də Azərbaycan elminin dünyada tanınmasına və milli elmi məktəbin formalaşmasına töhfə vermək olub. Bu yolda o, ilk dəfə bir çox fundamental effektləri aşkar etmiş, onların fiziki mahiyyətini izah etmiş və praktik tətbiq yollarını göstərmişdir. Əsas tədqiqat sahəsi “Fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə və onların kontakt strukturlarında elektron proseslərinin xüsusiyyətlərinin və onların tətbiq imkanlarının aşkar edilməsi” olan Əhməd Abdinov apardığı elmi tədqiqatlarda ilk dəfə olaraq bir sıra elmi yeniliklər edib: 

- O, en kəsiyinin sahəsi bir elektrik kontaktından digərinə doğru çox kiçik qiymətdən bir neçə tərtib böyük qiymətə qədər dəyişən nümunədə qəfəs temperaturunun kontaktlar arasındakı qradiyenti hesabına yaranan termoelektrik qüvvəsinin yarandığını eksperimental olaraq müşahidə edib. Yarımkeçiricilərdə qızmar elektronlar hesabına yaranan bu effektin - “Benediks effekti”nin fenomenoloji nəzəriyyəsini yaradıb;

- Monokristal yarımkeçiricilərdə anomal fotokeçiricilik, fotoelektrik və elektrik yorulma hadisələrini aşkar edib; 

- A.Veyngerlə birlikdə metal-yarımkeçirici kontaktında yaranan fotoelektrik hərəkət qüvvəsinin qiymətinin nümumənin və nümunədəki sərbəst yükdaşıyıcıların temperaturlarından asılılığının xüsusiyyətlərinə istinad edərək, ifrat yüksək tezlikli güclü elektrik sahəsində yerləşdirilmiş metal-yarımkeçirici kontaktı əsasında sərbəst yükdaşıyıcıların qızdırılması hesabına adi fotoelektrik işıq qəbuledicilərinə nəsib olmayan dərəcədə çox yüksək həssaslığa və kiçik ətalətə malik fotoelektrik işıq qəbuledicilərinin yaradılmasının mümkünlüyünü göstərib;

- Nadir torpaq elementləri ilə aşqarlamaqla fəzaca qeyri-bircins kristal yarımkeçiricilərin qeyri-bircinslik dərəcəsinin məqsədyönlü şəkildə idarə olunması mümkünlüyünü göstərib;

- Kiçik Holl yürüklüyünə malik olan yarımkeçiricilərdə sərbəst yükdaşıyıcıların elektrik sahəsi ilə qızmasını müşahidə edib və onun səbəblərini aydınlaşdırıb; 

- Laylı kristal quruluşa malik olan AIIIBVI yarımkeçirici birləşmələrinin fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə baş verən elektron proseslərinin tədqiqi üçün ən yaxşı “təcrübi model” olduğunu göstərib.

Əhməd Abdinovun elmi fəaliyyəti çoxşaxəli və zəngindir. Onun aldığı elmi nəticələr bərk cisimlərin, xüsusi ilə də fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə baş verən asta relaksasiya xarakterinə malik elektron proseslərinin, elektrik dayanıqsızlıqlarının, fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə injeksiya cərəyanlarının, yarımkeçiricilərdə elektron-defekt qarşılıqlı təsirinin fizikasına böyük töhfələr verib. O, fundamental elmin dərinliklərinə enərək, monokristal yarımkeçiricilərdə yeni xüsusiyyətlər aşkar etmiş, bu sahədə bir sıra yeni istiqamətlərin əsasını qoymuşdur. Onun tədqiqatları yalnız fundamental elmin inkişafına deyil, həm də tətbiqi sahələrin - materialşünaslığın, optoelektronikanın və nanomateriallar elminin inkişafına böyük təkan vermişdir.

Elmi-pedaqoji fəaliyyti dövründə əsasən "Elektomaqnetizm" kimi umumi fizika və “Yarimkeçirici cihazların fizikası”, "Bərk cisim elektronikası", "Optoelektronikanın əsasları”, “Materialşünaslıq" kimi mühüm ixtisasyönümlü fənlərdən ali təhsilin bakalavriat və magistratura pillələrində mühazirələr oxuyub. O, elmi-pedaqoji fəaliyyətə başladığı ilk gündən, həm də BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında intensiv şəkildə özünün elmi-tədqiqat sahəsində fəaliyyətini davam etdirib. Müxtəlif ölkələrin alimləri onun elmi nəticələrinə tez-tez istinadlar edir və bu nəticələrə yüksək qiymət verirlər. Akademik M.İ.Korşunski isə özünün monoqrafiyasında bir paraqrafı tamamilə Əhməd Abdinovun elmi rəhbəri olduğu aspirantı ilə birgə dərc etdirdiyi elmi məqaləsinin tam mətni şəklində verib. Əhməd Abdinov öz elmi işlərinin nəticələri ilə laylı kristal quruluşlu və fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərin fizikasına, eləcə də yarımkeçiricilərdə qızmar elektron effektləri fizikasına nəzərə çarpacaq dərəcədə böyük töhfələr verməklə yanaşı, həm də optoelektron sistemlərinin əsas funksional elementləri olan yeni işıq qəbuledicisinin və elektrolüminissensiya işıq mənbələrinin yaradılmasına dair iki Beynəlxalq statuslu kəşfin müəllifidir. 

Əhməd Abdinov 1989-cu ildə Fizika fakültəsində “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasını yaradıb və 1989-2005-ci illərdə həmin laboratoriyanın elmi rəhbəri olub. 1992-ci ildə Əhməd Abdinov “Fiziki elektronika” kafedrasına müdir seçilib və bundan sonra BDU-da həmin kafedranın bazasında ali təhsilin bakalavriat pilləsində “Fiziki elektronika” ixtisası üzrə (1994-2012), eləcə də magistratura pilləsində “Qaz boşalması və plazma elektronikası”, “Optoelektronika”, “Bərk cisim elektronikası” ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığının bütün səviyyələrdə təşkilini təmin edib. 

Əhməd Abdinovun əldə etdiyi elmi nəticələr dünyanın 20-dən çox ölkəsinin (ABŞ, Yaponiya, İspaniya, Türkiyə, Çexiya, Rusiya, Sloveniya, Macarıstan və s.) ayrı-ayrı şəhərlərində müxtəlif vaxtlarda keçirilən beynəlxalq miqyaslı 90-a qədər Elmi Konfrans və Simpoziumlarda 100-dən çox elmi məruzə şəklində təqdim edilib. O, dünyanın 15-dən artıq ölkəsində nəşr olunan nüfuzlu elmi jurnallarda - 200-dən çoxu Beynəlxalq nüfuzlu, 130-dan çoxu isə “Web of Science” və “Scopus” bazasında indekslənən olmaqla 650-yə yaxın elmi əsərin müəllifidir. 

Əhməd Abdinov ali məktəblər üçün Azərbaycan dilində 6 dərslik və dərs vəsaitinin (“Bərk cisim elektronikası”, “Optoelektronika”, “Fiziki elektronikanın tarixi və metodologiyası”, “Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları”, “Elektron cihazları və emissiya elektronikasının əsasları”, “Materialşünaslıq”); 6 fənn proqramları toplusunun və “Fizika Praktikumu” üzrə laboratoriya işlərinə dair 1 metodiki göstərişin müəllifidir. 

Əhməd Abdinovun BDU-da, eləcə də Azərbycan Respublikası miqyasında ictimai və inzibati fəaliyyti də diqqətəlayiqdir. O, 1993-2000-ci illərdə Müstəqil Azərbaycan Respublikasının təhsil nazirinin müavini, müəyyən dövrlərdə isə həm də təhsil nazirini əvəz edən şəxs olub. Həmin illər müstəqil Azərbaycan Respublikasında təhsilin normativ-hüquqi bazasının formalaşma mərhələsi idi. Belə ki, təhsil sahəsində hələ indi də uğurla istifadə olunan normativ-hüquqi aktların böyük əksəriyyəti (əsasnamələr, təlimatlar, qaydalar, normativlər və s.), baza-təhsil proqramları, orta ümumi təhsil, peşə və ixtisas təhsili sahəsində dərsliklər, ən başlıcası isə təhsil haqqındakı ilk milli dövlət sənədləri (ali və orta ixtisas təhsil diplomları, vəsiqələr, baza və ümumi orta təhsil haqqında şəhadətnamələr) məhz həmin dövrdə tərtib və təsdiq edilib, Əhməd Abdinov isə onların əsas müəlliflərindən və işıq üzü görməsinə təkan verənlərdən biri olub. Həmin dövrdə o, “Azərbaycan”, “Xalq qəzeti”, “Azərbaycan müəllimi” və başqa nüfuzlu mərkəzi mətbuat orqanlarının səhifələrində təhsilimizin problemləri, uğurları, Beynəlxalq əlaqələri, inkişaf perspektivləri və s. haqqında dəyərli və böyük həcmli yazılarla çıxış edib, Azərbaycan təhsil sistemini YUNESKO-nun, Avropa Şurasının, YUNİSEF-in, MDB-nin Təhsil Nazirləri Şurasının tədbirlərində, “Türkdilli Dövlətlərin və Toplumların Qurultayları”nda uğurla təmsil edib.

Əhməd Abdinov təhsilimizin, xüsusi ilə də ali təhsilimizin formalaşmasında və inkişafında ictimai əsaslarla da xidmətlər göstərib. Belə ki, o, uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Fizika Bölməsinin sədri, sonralar isə həmin Şuranın həmsədri və sədri olub. Həmin dövrlərdə onun bilavasitə böyük əməyi ilə çoxlu sayda fənn proqramları, metodiki vəsait və göstərişlər, ümumtəhsil, peşə, orta ixtisas və ali məktəblər üçün dərsliklər və dərs vəsaitləri hazırlanıb. O, 1976-1989 illərdə BDU nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi katibi, üzvü, bir neçə il AMEA-nın Fotoelektronika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının həmsədri, Fizika fakükltəsinin Tədris-Metodiki Şurasının Sədri (2014-2019) olub. O, indi də Fizika fakültəsinin Elmi Şurasının üzvü, Respublika Təhsil Nazirliyinin "Magistr"  jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

Əhməd Abdinov yüksək ixtisaslı fizik-eksperimentatorların hazırlanmasında fəal iştirak edir və indiyədək 31 namizədlik (fəlsəfə doktru) dissertasiyasına elmi rəhbər, 7 doktorluq (elmlər doktru) dissertasiyasına elmi məsləhətçisi olub. Əhməd Abdinovun elmi rəhbəri və elmi məsləhətçisi olduğu fəlsəfə doktorları və elmlər doktorları Bakı Dövlət Univrersiteti ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Bakı Ali Hərbi Məktəbində, Naxçıvan Dövlət Universitetində, Daşkənd Texniki Universitetində, Saratov Dövlət Universitetində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitunda professor, dosent, müəllim, elmi işçi vəzifələrində çalışırlar. Əhməd Abdinov uzun illər SSRİ EA-nın Fizika-Texnika, Ukrayna SSR EA-nın Yarımkeçiricilər və Fizika, Litva SSR EA-nın Yarımkeçiricilərin Fizikası, Özbəkistan EA Fizika-Texnika İnstitutlarının, eləcə də Mosvka şəhərindəki Tətbiqi Fizika İnstitutunun müvafiq laboratorifyaları ilə sıx və məhsuldar qarşılaqlı elmi əməkdaşlaıq edib. 

Əhməd Abdinovun elmi-pedaqoji, ictimai fəaliyyəti Azərbaycan Dövləti, Elm və Təhsil Nazirliyi, BDU rəhbərliyi və dünya elmi İctimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə “Respublika Komsomolu Mükafatı Laureatı” adına, 1993-cü ildə isə Beynəlxalq Elm Fondu Mükafatı”na layiq görülüb, 1995-ci ildə “Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü” seçilib, 2005-ci ildə Bakı Dövlət Universitetində “İlin alimi” nominasiyası, 2009-cu ildə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən (Kembric Universiteti) “İlin 100 alimi”, 2009-cu ildə Amerika Beynəlxalq Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı”, 2009-cu ildə İngiltərədə fəaliyyət göstərən “Beynəlxalq Bioqrafiya Mərkəz”i tərəfindən “İlin tədqiqatçısı” medalları; 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı”, 2015-ci ildə Bakı Dövlət Universitetinin “Fəxri fərman”ı, 2017-ci ildə Bakı Dövlət Universitetinin “İlin müəllimi” diplomu, 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Üçüncü Dərəcəli Əmək Ordeni” və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Onun aldığı elmi nəticələr müxtəlif illərdə “AMEA-nın İllik Hesabatı”na daxil edilib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mükafatlarına layiq görülüb. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medalı ilə təltif olunub.

Əhməd Abdinovun həyat və fəaliyyət yolu,  əldə etdiyi uğurlar, elmə verdiyi töhfələr, onun zəhmətkeşliyinin, prinsipial mövqeyinin və intellektual potensialının bariz göstəricisidir. O, biliklərini səxavətlə paylaşan, gənc nəsli daim dəstəkləyən, yüksək mənəvi dəyərləri ilə ətrafında nümunəvi münasibətlər formalaşdıran bir şəxsiyyətdir. Əhməd müəllimin elmi və pedaqoji fəaliyyəti yalnız konkret nəticələrlə deyil, həm də yaratdığı mənəvi mühitlə, verdiyi dəyərli məsləhətlərlə, gələcək nəsillərə ötürdüyü həyat təcrübəsi ilə də dəyərlidir. Onun varlığı, davranış tərzi və düşüncə mədəniyyəti bir çoxlarına yol göstərən, ruhlandıran, istiqamət verən bir mayakdır.

Əhməd müəllimin 80 illik yubileyi onun zəngin ömür yolunun, elmi və pedaqoji fəaliyyətinin, cəmiyyətə verdiyi töhfələrin layiqli dəyərləndirilməsi üçün gözəl bir fürsətdir. Arzu edirik ki, həyat yolunda onu daim doğmalarının, həmkarlarının və dəyər verdiyi insanların səmimiyyəti və diqqəti müşayiət etsin,qarşıdakı illəri də əvvəlki illəri qədər mənalı, işıqlı və məhsuldar olsun. 

Bəxtiyar Paşayev,

Bakı Dövlət Universiteti Fizika fakültəsinin dekanı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see344

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see204

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see200

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see144

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see137

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see131

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see129

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see122

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see120

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see120

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

16 İyun 2025 19:51see119

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see118

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see118

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

16 İyun 2025 19:10see115

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

16 İyun 2025 18:41see114

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

16 İyun 2025 17:08see114

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see113

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

17 İyun 2025 01:58see111

ABŞ nin qorxusundan heç kim İsrailə qarşı çıxa bilməz

16 İyun 2025 19:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri