Icma.az
close
up
RU
Ömrünü “Molla Nəsrədin” ədəbi məktəbinə həsr edən alim

Ömrünü “Molla Nəsrədin” ədəbi məktəbinə həsr edən alim

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Və yaxud “idrak və irşad işığına” çevrilənlər


          Mollanəsrəddinçilər xalqımızın parlaq zəkalarından, ədəbi-mədəni fikir tariximizin qüdrətli simalarından olduqları üçün ölməzlik statusunu aldılar. Ona görə onları “üzü gələcəyə gedən sənətkarlar” da adlandırırılar. Bu gün də, sabah da sevilə-sevilə oxunan, düşündürən, gücü, təsiri hiss olunan bu zəka sahibləri özlərindən sonra da var kimidir. Çünki, onlar millətini müstəqil vətənin sahibinə çevirmək üçün hüquqi, demokratik və dünyəvi dövlət qurmaq arzusu uğrunda mübarizəyə, mücadiləyə qalxaraq, sözləri ilə milləti buna hazırladılar. 

        “Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqinə çoxsaylı alimlər müraciət edib. Lakin bəziləri bütün ömrünü bu ədəbi məktəbin tədqiqinə, təbliğinə verib. Filologiya elmləri doktoru, professor, tanınmış tədqiqatçı, Azərbaycan mətbuat tarixinin araşdırılmasında xüsusi əməyi olan Allahverdi Məmmədli də belə alimlərdəndir. Onun bu sahədə dəqiq, sərrast və təkzibolunmaz faktlara, güclü məntiqə əsaslanaraq söylədiyi fikirlər, gəldiyi qənaətlər həmişə elmi ictimaiyyətin diqqətini çəkib, maraqla qarşılanıb və tələbkar tənqidçi, çoxsaylı oxucu münasibəti, rəyi ilə yüksək qiymətləndirilib. 

         Burada yadıma Mirzə Cəlilin “Milli oyanışımızın banisi” olan Mirzə Fətəli Axundzadə haqqında yazdığı fikir düşdü. “Mirzə Fətəli barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”. Azərbaycan satirik mətbuat və publisistikası tarixində silinməz iz qoymuş, nəsillərə örnək olan mollanəsrəddinçilər haqqında  istər sovet dövründə, istər müstəqilliyimizin yenidən bərpa edildiyi dövrdə çoxsaylı elmi tədqiqat işləri, ədəbi-bədii əsərlər yazılıb. Etraf edək ki, onların bəziləri elə əsər yazmaq, sovetlərə xoş gəlmək xatirinə “yazılıb”, bəziləri isə “sovetin barmaqları”na, yəni “bədii-estetik qamçsına, qayçısına” tuş gəldiyi üçün obyektivlikdən uzaqdır. Nəticədə sənətə, sözə xidmət edən əsərlər yox, sovet ideologiyasını təbliğ edən əsərlər yaranıb.  

      Yazıçı, tənqidçi Elçin Əfəndiyev sovet dövrü hər iki ədəbi məktəbə verilən yanlış “qiymətləndirmə” haqında yazır ki, “bu birtərəfli mülahizələrin çoxu bilavasitə “Füyuzat”ı oxumadan (bəzən hətta “Molla Nəsrəddin”i də oxumadan!) söylənilirdi”. Yazıçı çox haqlıdır. Deməli bu ədəbi məktəbin fəaliyyətinə yenidən müraciət edilməsinə və sağlam, dəqiq təhlillər edilərək dəyərləndirilməsinə ehtiyac var.

        A.Məmmədli də bu zəruriyyətdən ömrünün yarım əsrini mollanəsrədinçilərin tədqiqinə, təbliğinə həsr edib. Hələ tələbə olarkən bu ədəbi məktəbə müraciət edən müəllifin bu gün həmin sahəyə aid yüzlərlə elmi, bədii-publisistik məqalələri, onlarla əsərləri işıq üzü görüb. Onlardan biri də yenicə çap olunmuş “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasıdır. 

         Müəllifin istər bu, istət həmin mövzuda olan digər əsərlərində mollanəsrəddinçilərin amalını, məqsədini oxucusuna anlatmaqla, dərk etməklə yanaşı onda bu məqsədi yaşatmağa bir çağrış var. Mövzuya hədsiz sevgisi, sayğısı olan müəllifin əsərlərində özünəməxsus üslubu, orjinal ifadə tərzi, hadisələrə və faktlara fərqli müşahidələri, müqayisələri, dəyərləndirməyi daha çox diqqəti cəlb edir. Hiss olunur ki, müəllif mövzuya həmişə eyni istək, həvəs və məsuliyyətlə yanaşıb. Bu tədqiqat əsərlərində müəllifin təmkinliliyi, müdrikliliyi, fikirlərinin aydınlığı, ardıcıllığı, dilinin, üslubunun sadəliyi və eyni zamanda kəskinliyi diqqəti cəlb edir.       

       Əsəri oxuduqca məndə bir qürur hissi yarandı. Müəllifin azərbaycançılıq təəssübkeşliyi əsər boyu özünü qabarıq büruzə verir. Müəllif bəyan edir ki, mollanəsərəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır. Bunu mollanəsrəddinçiliyin strateji məqsədi də sübut edir. Mollanəsrəddinçiliyin məqsədi isə millətin özünüdərkinə, azadlığına, tərəqqisinə nail olmaqdır. Buna nail olmaq üçün mollanəsrəddinçilər uzun, əzəblı, qınaqlı (təəssüflər ki, bəzən onları elə öz qələm yoldaşları tənqid, təhqir edirdilər. Məsələn M.S.Ordubadi və s.) bir yol qət etdilər. Amma xoşbəxtlikdən heç bir çətinliklər, maniyələr onları yolundan, əqidəsindən, məsləkindən döndərə bilmədi. Çünki, bu ədəbi məktəbin başında duran “Mirzə Cəlilçün məxsusi və daha yaxın bir dünya Azərbaycan dünyası vardı...”. O, yaşadığı o dünyanın qaranlıqlarını nura çevirməyə, həqiqətə, ədalətə dəstəy olmağa, millətin dərd-sərini anlamağa, “düşünən və düşündürən insan” olmağa çağrış etdi.        

        Başda Mirzə Cəlil olmaqla hər bir mollanəsərəddinçinin yaradıcılığına, taleyinə qayğı ilə, hörmət və ehtiramla yanaşan Allahverdi müəllim hər bir mollanəsrəddinçinin ədəbi məktəbin yaranmasında və yaşanmasındakı yerini, rolunu açıqlaya bilib. Məsələn, ədəbi və elmi ictimaiyyətdə o qədər də mükəmməl və doğru informasiya olmayan “Molla Nəsrəddin” ədəbi məktəbinin yetirmələri və ədəbi məktəbin ənənələrindən bəhrələnən Mirzə Məhəmməd Hatif Axundov, Məşədi Həbib Zeynalov, Nuşirəvan Kərimov və başqaları haqqında. Müəllif onları “yeni mollanəsrəddinçi qüvvələr” adlandırır və onların da hədəfi millətin ruhuna, qəlbinə, ağlına təsir etmək, əqlini və mənəviyyatını inkişaf etdirmək olduğunu vurğulayır. 

       Müəllif əsərini ərsəyə gətirərkən tanınmış tədqiqatçıların, söz ustalarının sənətlə, ədəbi tənqidlə, azərbaycançılıqla bağlı fikirlərindən sitatlar verərək fikir və mülahizələrini daha da mükəmməlləşdirib.  

       Allahverdi müəllim yazır ki, mollanəsrəddinçiləri “kiçik əhvalatlardakı böyük həqiqətlər” düşündürdüyü üçün onlar millətin gözünü aça bildilər, ruhuna hakim kəsildilər. Mirzə Cəlil bütün Azərbaycanı bu məqsədlə “Molla Nəsrəddin”ə cəlb etdərək, məmləkətin hər bölkəsində mollanəsrəddinçilər yetişdirdi və öz zamanının sərhədlərini aşaraq, onları xalqın taleyüklü problemi olan “azərbaycançılıq ideyası ətrafında birləşdirərək”, böyük amal uğrunda mübarizəyə hazırladı. Budur mollanəsrəddinçilərin ölməzliyi, bütövlüyü, böyüklüyü!

         Görkəmli professor əsərində daha sonra yazır ki, “Mollanəsrəddinçilərin parlaq ədəbi ənənələri, azərbaycançılıq ideyaları müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə daim dəstək olacaq!”. İnşallah! Bütöv və Böyük Azərbaycanın varlığı mollanəsrəddinçilərin də ruhunu şad edəcək. Çünki bu mücadilədə onların da payı var.

      “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyada mollanəsrəddinşünaslığın “çətin, prinsipial və həlledici” məsələlərinin həllinə geniş yer verildiyi üçün, bu sahədə ən sanballı əsərlərdən biridir desəm məncə yanılmaram. Gərkin axtarışların, analitik düşüncə tərzinin və səmimi, təbii duyğuların təzahüründən yaranan bu əsərin minlərlə oxucu qəlbini fəth edəcəyinə inanıram.   

       Sonda onu demək yerinə düşərdi ki, yüz il bundan əvvəl Şərq aləmində “mənəviyyatda, ictimai şüurda, yazı üslubunda inqilab” edən mollanəsrəddinçilər amallarını və əməllərini “idrak və irşad işığına” həsr etdikləri üçün özləri də əbədi olaraq “idrak və irşad işığına” çevrildilər.


Qərənfil Dünyamin qızı,

Filologiya elmləri doktoru, Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2024 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri