Icma.az
close
up
RU
“Görüş” bədii filminin 70 illik yubileyidir

“Görüş” bədii filminin 70 illik yubileyidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 avqust, Tatyana İvanayeva, AZƏRTAC

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin dəstəyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə bu yay mövsümündə “Bulvarda kino axşamı” adlı yeni layihə həyata keçirir. Bu kino bayramı artıq ilk nümayişdən bakılıların və şəhərin qonaqlarının böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, layihəyə bu ilin yubilyarı – “Görüş” bədii filminin nümayişi ilə start verilib.

Bu ekran əsəri 1955-ci ildə lentə alınıb. Film Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinin məzunu, kinorejissor Tofiq Tağı-zadənin birinci müstəqil işi olub. Azərbaycan və Özbəkistanın bir-biri ilə yarışan kolxozçu pambıqçılarının dostluğundan bəhs edən kinolentdə xalqımızın məişəti, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dəyərləri öz əksini tapıb. Eyni zamanda, nəzərə almağa dəyər ki, SSRİ dövründə kino sənayesi müəyyən mənada diqqət mərkəzində idi və filmin siyasi konteksti komediya janrı ilə vəhdət təşkil edib. Ona görə də bu ekran əsərində indi də gülüş doğuran çoxlu yumoristik nüanslar var. Hadisələrin dəqiq və diqqətlə yoxlanılmış məntiqi ardıcıllığı tammetrajlı bədii filmin ideoloji məzmununa əlavə olub və tanınmış aktyorların rəngarəng, inandırıcı ifası Sovet İttifaqında böyük uğur qazanmış komediya filminin ifadə gücünü artırıb.

Filmin süjetinin mərkəzində özbək qızı Lala (Nelya Ataullayeva) və azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) məhəbbət hekayəsi yer alıb. Kinolentin əsas qəhrəmanının əmək qabaqcılı Lalaya ülvi hissləri onu bivec və tənbəl oğlandan istehsalat ustasına çevirir...

Azərbaycanın bu filmində yaratdığı obraz Daşkənd Teatr-İncəsənət İnstitutunun Aktyorluq fakültəsinin məzunu Nelya Ataullayeva üçün “Yeni evə köçənlər” ekran əsərindən sonra ikinci, amma kinematoqrafda birinci baş rol olub. Artıq “Azərbaycanfilm”də çəkilişlərdən sonra özbək aktrisa Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsilini başa vuraraq Özbəkistanda ilk qadın sənədli kino rejissoru olub, Özbəkistanın Əməkdar artisti fəxri adına layiq görülüb və SSRİ Kinematoqrafçılar İttifaqının üzvü seçilib.

Baş rolların digər ifaçısı, həkim ailəsində böyümüş Arif Mirzəquliyevin sənət tərcümeyi-halında isə Kamil obrazı ilə yanaşı, daha bir filmdə – “O olmasın, bu olsun” ekran əsərində (1956-cı il) Sərvər rolu olub. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa başlayan aktyor atasının təkidi ilə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və nevropatoloq ixtisasına yiyələnib. Beləliklə, o, gələcək həyatını həkimlik fəaliyyətinə həsr edib və tamaşaçıların yaddaşında əbədi olaraq məhz bu iki obraz ilə qalıb.

Gənc rejissor Tofiq Tağı-zadə parlaq və qeyri-adi bir komanda toplaya bilib. Ssenari İkinci Dünya müharibəsinin iştirakçısı, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenaristlik fakültəsinin məzunu Ədhəm Qulubəyov və Nina Pozina tərəfindən qələmə alınıb.

Tofiq Quliyevin bəstələdiyi, süjetin hərəkətini müşayiət edən, komediya filminin emosional qavrayışını gücləndirən musiqi materialı baş verən hadisələrin inkişafının tərkib hissəsinə çevrilib və personajların daxili aləminin açılmasında mühüm rol oynayıb. Onun musiqisi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən lentə alınıb, nəğmələri isə XX əsrin 50-ci illərində Azərbaycan xalq və estrada mahnılarının ən populyar ifaçısı Şövkət Ələkbərova və opera səhnəsinin yüksələn vokal ulduzu Lütfiyar İmanov ifa ediblər.

Quruluşçu rəssamlar Cəbrayıl Əzimov və Elbəy Rzaquluyev olublar, sonradan onlar birdən çox film üzərində birlikdə çalışaraq yaradıcılıq və kinematoqrafiya tandemi yaradıblar.

Kamera arxasında peşəkar operatorlar - İkinci Dünya müharibəsi illərində kinokameralardan ayrılmayan, o zamanlar operatorlar qrupunun tərkibində “Xəzər neftçiləri haqqında povest” sənədli filminə (1953-cü il) görə Kann kinofestivalı mükafatının laureatı olmuş Teyyub Axundov və Cavanşir Məmmədov olublar. Onlar ilhamla təbiət mənzərələrini, kənd həyatını təsvir edərək ətrafla bağlı romantik ab-hava yaradıb və rejissorun fikirlərini tamaşaçıya dəqiqliklə çatdırıblar.

Kadr kompozisiyasının ustalığı, işıq effektlərindən məharətlə istifadə və məkan çəkilişləri filmin uğur qazanmasının əsas səbəbləridir. Filmdə, ilk növbədə, məkan çəkilişindən istifadə olunsa da, studiyada hazırlanmış dekorasiya dizaynları - iş otaqları, mənzillər, interyer əşyaları, mebel tərtibatı işıqdan məharətlə istifadə etməklə vəhdətdə hər bir personajın əhvali-ruhiyyəsini dəqiqliklə çatdırır.

Aktyor heyətinə daxil olan sənətçilərin adları da az təsiredici deyildi. O vaxtlar “İkinci dərəcəli Stalin mükafatı” laureatı olmuş, dörd il sonra isə Azərbaycan SSR Xalq artisti fəxri adını almış Leyla Bədirbəyli (Bilqeyis), İkinci Dünya müharibəsi iştirakçısı, Azərbaycan SSR Xalq artisti Həsənağa Salayev (Musa), 1959-cu ildə Azərbaycan SSR Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülən Münəvvər Kələntərli (Münəvvər), Azərbaycan Respublikasının Əməkdar artisti, “İkinci dərəcəli Stalin mükafatı” laureatı, dörd ildən sonra Xalq artisti fəxri adını almış Əliağa Ağayev (Şıxəli), Azərbaycan SSR Xalq artisti Ağahüseyn Cavadov (Əbülfəz) və başqa görkəmli teatr və kino xadimlərinin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Qeyd edək ki, film 1941-ci il üçün studiyanın planına daxil edilmişdi, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar çəkilişlər təxirə salınmışdı. Əliağa Ağayev, Barat Şəkinskaya və Ceyhun Mirzəyev üçün isə “Görüş” filmində çəkiliş onların kino ekranında debüt rolları olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli qərarı ilə “Görüş” filmi Azərbaycan Respublikasının dövlət varidatı elan edilmiş filmlərin siyahısına daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri