Icma.az
close
up
RU
Ömrünü Vətən yolunda yaşayan qəhrəman

Ömrünü Vətən yolunda yaşayan qəhrəman

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

40 illik ömrünün 25 ilini Vətənə xidmət etməklə keçirən Azərbaycan Ordusunun zabiti Fətəliyev Zahir Zakir oğlu 26 may 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsil aldığı 221 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 15 yaşında ikən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunmaqla hərbi təhsilinin bünövrəsini qoyur. Daha sonra təhsilini 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Məktəbində, 2006-2007-ci illərdə Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində davam etdirir. Ali təhsilini bitirdikdən sonra “leytenant” hərbi rütbəsini alan Zahir Fətəliyev Naxçıvan Muxtar Respublikasına təyinat alaraq N saylı hərbi hissədə zabit kimi hərbi xidmətə başlayır. Davamlı olaraq 13 il Naxçıvanda müxtəlif hərbi hissələrdə xidmət edən Zahir Fətəliyevin təyinatı 2019-cu ildə Tərtər şəhərindəki N saylı hərbi hissəyə verilir. 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı o, xidmətini davam etdirdiyi Tərtər-Ağdam istiqamətindən döyüşlərə girir. Gərgin döyüşlər zamanı dəfələrlə ağır xəsarətlər  almasına baxmayaraq, qəlbində olan vətənpərvərlik sevgisi, döyüş əzmi müharibənin sonunadək döyüşlərdə iştirakını davam etdirməsinə güc-qüvvət vermişdir. Döyüşlərdə göstərdiyi şücaətinə görə Azərbaycan Respublikasının Müharibə veteranı, Vətən müharibəsi iştirakçısı, Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Müharibə bitdikdən sonra da zabit kimi xidmətini davam etdirmək istəyinə baxmayaraq sağlamlığı buna imkan vermir. 2021-ci ildə ordu sıralarından ehtiyata buraxılır. Ehtiyatda olduğu müddət ərzində peşəkar həkimlərimiz həkim-qostrentoloq Afaq Həşimova və həkim-nevropotoloq Aygün İbadovanın sayəsində sağlamlığı bərpa olunur və mütəmadi olaraq həkim nəzarətində saxlanılır. Gəncliyinin 25 illini hərbi xidmətə sərf etdikdən sonra həyatının qalan hissəsinin övladları və ailəsi ilə birgə keçirdiyi zamanda 22 avqust 2025-ci ildə qəflətən vəfat edir. Artıq ondan geriyə qalan 2 azyaşlı övladı və onunla bağlı xatirələrdir.

Havar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri