Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Xalq ömrünü Vətən üçün yaşayanları sevir

Xalq ömrünü Vətən üçün yaşayanları sevir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 
Tarix min illərdi, yüz illərdi, on illərdi...
Tarix min illərin, yüz illərin, on illərin o üzündə qalan hadisələrdi, faktlardı. O hadisələri xalqın, dövlətin, dövlətçiliyin adına yazan tarixi şəxsiyyətlər tarixin axarını yönləndirə də bilir. Buna qüdrət deyirlər. Tomris, Sara xatun kimi qadın siyasi xadimlər tarixə bir gerçəklik də diqtə etdilər: Bu xalq tarixlə tarix dilində danışmağı bacarıb, bacarır, bacaracaq!..
Günümüzün gerçəklikləri də belədi...
Azərbaycan cənab İlham Əliyevin böyük siyasi qüdrəti ilə dünya dövlətləri sırasında qürurla “Varıq, var olacağıq!” deyir. Mahiyyəti azərbaycançılıqdı. Dövlətçiliyin daha da möhkəmləndirilməsində cənab İlham Əliyevin siyasi kursu əsasında həyata keçirilən müxtəlif miqyaslı, müxtəlif mahiyyətli beynəlxalq tədbirlər dövlət siyasətinin tərkib hissələrindəndir. Bu siyasəti də siyasi xadim həyata keçirir. Bu siyasi xadim UNESCO-nun Xoşməramlı səfiri, “Heydər Əliyev Fondu”nun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır...
Mehriban xanım Arif qızı Əliyeva ixtisasca həkimdir, İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bu seçim insanların sağlamlığının xidmətində dayanmaq niyyəti olub. Dünyaduyumu, dünyaya fəlsəfi baxış, dövlətlərarası münasibətlərin anatomiyasına bələdlik, dövlətçiliyin tarixi və müasir missiyalarına vaqiflik onun düşüncələrini siyasətə yönəldib. Vətən naminə, dövlətçilik naminə, dövlət naminə. Rəhbərlik etdiyi “Heydər Əliyev Fondu” Azərbaycanda sosial proseslərin elmi əsaslarla, milli-xəlqi prinsiplər əsasında aparılmasını formalaşdırırdı. Xalq əmin oldu ki. “Heydər Əliyev Fondu” Azərbaycanın daxili siyasətini vətəndaşlıq amilinə böyük sədaqətlə koordinasiya edir. Xalq əmin oldu ki, bu Fond dövlətçilik təsisatıdır, xalqın Fondudur...
Mehriban xanım Əliyeva üçün bir həyat fəlsəfəsi var: Ömrü Azərbaycan üçün yaşamaq! UNESCO olduqca nüfuzlu beynəlxalq təşkilatdır. Bu təşkilat zamanında bəşəri niyyətlərin mühafizə işığı olub. Onda bu təşkilat səmimiyyətlə Azərbaycanı da, Azərbaycandan Mehriban xanım Əliyevanı da özünün fəaliyyətinin qətiyyətliyi şəbəkəsinə dəvət edib. İllər sonrası səmimiyyətlə belə bir nüfuzlu təşkilatdakı vəzifəsindən imtina edib. Vətən naminə! İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində daha fəal, sistemli, koordinasiyalı fəaliyyət göstərmək üçün. Tomrislik budur! Sara xatunluq budur!..
“Daş ürəklərdə yanıb daşları sındıran, Haqqa düşmən olanı Haqqa tapındıran muğam” (B.Vahabzadə) min illərdi xalqın musiqi dünyasının səyyarəsidi. Yaşadılıb, təqiblərdən, qadağalardan qoruna-qoruna günümüzə çatdırılıb. Onun dünənlərini tarixləşdirmək, sabahlarını təmin etmək kimi xəlqi bir vəzifəni də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Heydər Əliyev Fondu” yerinə yetirdi.
“Heydər Əliyev Fondu”nun dəstəyi ilə Azərbaycanda 2005-cı ildən təşkil edilən muğam müsabiqəsi bu il doqquzuncu dəfə dünyanı heyrətləndirdi. Müsabiqələrdə dünya ictimaiyyətinə muğamların yaranması tarixi də xatırladılır, inkişaf mərhələləri də, cəfakeşləri də bir daha tanıdılır, ifalara ustad münasibətləri mahiyyət baxımından tele-dərslər olur. Bu gərəkli müsabiqə həm muğamın yaşadılması, inkişaf etdirilməsi ilə məhdudlaşmır, həm də xalqa, xalqın tarixinə çox böyük xidmətdir...
Ötən müsabiqlərin birində eşitdiyimiz bir fikir də tarixə tarixi münasibətin ifadəsi kimi səslənmişdi: “Muğamı yaşatmaq tarixi yaşatmaqdır. Mehriban xanım yaşanılmış tarixi yenidən yaşadır. Bu niyyətə Seyidin, İslamın, Keçəçioğlunun, Cabbarın, Xanın, ... ruhu da minnətdardı...”. Xalqın adından deyilmişdi. Müsabiqələrin qalibləri Azərbaycan muğamlarını dünayda böyük sevgilərlə təbliğ etməkdədir. Bu təbliğin yaradıcısı, təşkilatçısı Mehriban xanım Əliyevanın xalqa sevgisidi, dünənlərimizə sədaqətidi, sabahlarımıza ehtiramıdı...
Bir həyat fəlsəfəsi bəşərə “Sev ki, seviləsən” deyir. Dövlətçiliyini sevənlər, dövlətini sevənlər, xalqını sevənlər isə daha dəruni məhəbbətlə sevilir. Xalqın Mehriban xanım Əliyevaya sevgisi belə sevgidi. Olimpiya Oyunlarında Olimpiya kəndlərində hər idmançı onun azərbaycançılığa söykənən öyüdlərini qələbə ruhuna xeyir-dua bilirdi. Mehriban xanımı Bakıda keçirilən beynəlxalq yarışlarda da, Avropa və dünya birinciliklərində də arenalarda görən idmançıların qələbə əzmi kükrəyirdi, qaliblərin şükranlıq baxışları sanki dövlət başçımıza, birinci vitse-prezidentə deyirdi: “Etimadınızı doğrultduq...”...
Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı sərəncamla Birinci vitse-prezident təyin edildi. Vitse-prezident hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab edilir. Bu baxımdan Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyəti bilvasitə dövlətin suverenliyini, dövlət sərhədlərinin ciddi mühafizəsini, dövlət orqanlarının, dövlət təsisatlarının fəaliyyətinin dövlətçilik baxımndan daha da yüksəldilməsini, bir-birini tamamlamasını və s. əhatələyir.
İkinci Qarabağ müharibəsi başlayanda xalq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciətini döyüşlərə sərkərdə tövsiyəsi, döyüş əmrinin mənəvi davamı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” kəlamlarını Tomris, Sara xatun, ümumilikdə azərbaycanlı Ana xeyir-duası bildi. Döyüşənlərimiz döyüşlərə Ali Baş Komandanın qələbəyə əminliyinin, Birinci vitse-prezidentin dövlət adından dediklərini tarixlərdən gələn azərbaycançılıq qüdrətinin işığı bildi...
İkinci Qarabağ müharibəsinin gedişində Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti ilə birlikdə hospitallarda yaralılara baş çəkir, onların sağlamlığının narahatlığını qayğılarla, göstərilən diqqətlə yumşaldırdı. Yaralı heyi olsa da, olmasa da onu yoluxmağa gələnləri görəndə dikəlmək istəyirdi. Bu, böyük sevgiyə görə böyük ehtiram olurdu. Söhbətlər mahiyyət baxımından yaralı döyüşçülərin məlhəminə dönürdü. Bu duyğusal ziyarətdən sonra döyüşlərə getmək istəyən döyüşçülər də olurdu, son döyüşləri görə bilməmə ehtimalı neçə-neçə döyüşçünün kirpiklərini nəmləndirirdi. Bu, Mehriban xanımın diqqətindən yayınmırdı. Döyüşçüyə təsəlli verirdi: “Tezliklə sağalacaqsan...”, ümid verirdi: “Döyüşlərə qayıdacaqsan”, qələbə ruhunu kükrədirdi: “Qələbə qazananların sırasında sən də olacaqsan!”...
Şuşa Azərbaycanın Mədəniyyət Mərkəzi kimi dünyanın diqqətini həm də Mehriban xanımın təşəbbüsü ilə keçirilən “Xarı Bülbül” muğam festivalı ilə də çəkdi. Ecazkar məkanda ecazkar ifalar dünyaya bir daha təsdiqlədi ki, Azərbaycan dünyəvi dövlət kimi də yaşayacaq, dünyəvi musiqi ilə də, bu musiqi həmişə dünyanın heyrət ünvanı olacaq. Cıdır düzündən əsən yellər “Qarabağ şikəstəsi”nin, “Arazbarı”nın, ”Heyratı”nın, “Rast”ın, ... ritmini də, zəngulələri də yaxınlara-uzaqlara çatdıranda dünya gördü ki, azərbaycanlılar hansı sevgilərlə “Qarabağ, ay Qarabağ, ana yurdum!” deyir...
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayanda, şəhərlərin, kəndlərin, şəhərlərdə bu və ya digər müəssisənin özülü qoyulanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva da olurdu. Xalq onun istəyinin, niyyətinin, arzusunun rəngini aydınlığıyla görürdü, onu da görürdü ki, bu istək, bu niyyət, bu arzu dövlətçiliyin istəyidi, niyyətidi, arzusudu...
Cəmiyyət şəhidlərə ehtiramı Vətənə ehtiram bilir.
Azərbaycan dövlətinin şəhidlərə diqqət və qayğısı istər mahiyyət baxımından, istərsə məzmun baxımından, istərsə də miqyas baxımından ilbəil genişlənir. “Heydər Əliyev Fondu”nun dövlət siyasətinin tələbləri ilə səsləşən fəaliyyəti də cəmiyyətdə ehtiramla qarşılanır. Fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrini ziyarət etməyi təkcə Fondun deyil, təkcə vitse-prezidentin deyil, həm də vətəndaş olaraq özünün mənəvi borcu bilir.
Mehriban xanım Əliyeva xeyirxah insandır, azərbaycançılıq əqidəsi ilə yaşayıb, azərbaycançılıq əqidəsi ilə yaşayır, dövlətə, dövlətçiliyə sədaqətlidir.
İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına, 2012-ci ildə tar ifaçılığı sənəti, 2018-ci ildə “Dədə Qorqud” dastan mədəniyyəti, nağılları və musiqisi, ... UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına Mehriban xanımın fəaliyyəti ilə daxil edildi!
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xəstəxanalar, klinikalar yaradılıb, Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi əhəmiyyətli layihələr həyata keçirilib.
“Türkiye” qəzetinin jurnalisti Yücel Koç yazırdı ki, “Mehriban xanımın başlıca missiyası hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır”.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Heydər Əliyev Fondun”un “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi əsasında təxminən 40-a qədər uşaq evi və internat məktəbi əsaslı təmir edilib. 2014-cü ildə “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” yerinə yetirilməyə başladı...
Xalq ömrünü Vətən üçün yaşayanları tanıyr da, sevir də...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri