Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Ömrünüzün uzun olması üçün ideal uşaq sayı

Ömrünüzün uzun olması üçün ideal uşaq sayı

Icma.az, Lent az saytına istinadən bildirir.

Orta göstəricidən xeyli çox uşaq dünyaya gətirmək və ya ümumiyyətlə uşaq sahibi olmamaq qadının həyat müddətinin qısalması və orqanizmin bioloji qocalmasının sürətlənməsi ilə əlaqələndirilir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu nəticəyə Helsinki Universitetinin alimlər qrupu elmi araşdırma zamanı gəlib.

Eyni zamanda araşdırmaçılar qeyd edirlər ki, əldə olunan nəticələr böyük populyasiyalar səviyyəsində müşahidə olunan əlaqəni göstərir və hər bir fərdi insan üçün birbaşa tibbi tövsiyə kimi qəbul edilməməlidir. Elmdə “birdəfəlik soma” nəzəriyyəsi mövcuddur. Bu nəzəriyyəyə görə, bioloji növün həyatı çoxalma və sağ qalma arasında daimi kompromisdir. Əgər orqanizm çoxalmaq üçün həddindən artıq resurs sərf edərsə, öz sağlamlığını qorumaq üçün daha az enerji qalır.

Helsinki Universitetinin bioloqu Mikaela Hukkanen izah edir ki, təkamül biologiyası baxımından canlı orqanizmlər məhdud resurslara zaman və enerjiyə malikdir. Onun sözlərinə görə, hamiləlik, doğuş və uşaqların böyüdülməsi üçün çox böyük enerji sərf olunduqda, bu enerji orqanizmin hüceyrələrinin bərpa mexanizmlərindən uzaqlaşır və bu da obyektiv olaraq həyat müddətini qısalda bilər.

Əvvəlki elmi işlər əsasən yalnız ayrı-ayrı amilləri, məsələn ilk doğuş yaşı və ya uşaqların ümumi sayını araşdırırdı. Finlandiyalı tədqiqatçılar isə analığın tarixini daha kompleks şəkildə qiymətləndiriblər.

Bunun üçün alimlər 14 836 qadının məlumatlarını təhlil ediblər. Əhəmiyyətli məqam ondan ibarətdir ki, bütün iştirakçılar əkizlər idi və bu, genetik amillərin təsirini minimuma endirməyə imkan verib. 1054 iştirakçıdan ibarət alt qrupda isə alimlər bioloji qocalmanın xüsusi markerlərini də qiymətləndiriblər. Qadınlar uşaqların sayı və doğuş vaxtına görə yeddi qrupa bölünüblər.

Uzunömürlülük üçün ideal uşaq sayı

Statistika aydın bir tendensiya göstərib. Ümumiyyətlə, uşaq sahibi olmayan qadınlarda və ən çox uşaq sahibi olan (orta hesabla 6-8 uşaq) qadınlarda bioloji qocalma göstəriciləri daha pis olub və ölüm riski daha yüksək qeydə alınıb.

Ən yaxşı sağlamlıq göstəriciləri, daha yavaş bioloji qocalma və daha aşağı ölüm riski isə orta hesabla iki-üç uşaq sahibi olan və 24-38 yaş arasında hamilə qalan qadınlar qrupunda müşahidə edilib.

Alimlər həmçinin erkən analığın daha sürətli qocalma ilə əlaqəli olduğunu qeyd ediblər. Lakin bədən kütlə indeksi (BKİ) və alkoqol istifadəsi kimi əlavə amillər nəzərə alındıqda bu fərq azalır. Uşağı olmayan və çox uşaqlı qadınlarla bağlı nəticələr isə bu düzəlişlərdən sonra da dəyişməz qalıb. Resursların tükənməsi nəzəriyyəsi isə uşaqsızlığın niyə daha zəif sağlamlıq göstəriciləri ilə əlaqəli olduğunu tam izah etmir.

Araşdırmaçılar hesab edirlər ki, burada gizli dəyişənlər rol oynaya bilər. Məsələn, əvvəlcədən mövcud olan xəstəliklər həm uşaq sahibi olmağın mümkün olmamasına, həm də daha erkən qocalmaya təsir göstərə bilər. Epigenetika üzrə alim Miina Ollikainen bildirir ki, bioloji yaşı təqvim yaşından daha böyük olan insanlarda ölüm riski daha yüksək olur. Onun sözlərinə görə, bu nəticələr göstərir ki, insanın həyat yolu seçimləri qocalıqdan xeyli əvvəl ölçülə bilən bioloji iz buraxa bilər.

Alimlər qeyd edirlər ki, bu kəşf ictimai sağlamlıq üçün əhəmiyyətli olsa da, fərdi səviyyədə tələsik nəticələr çıxarmaq düzgün deyil. Ollikainen vurğulayıb ki, heç bir qadın yalnız bu araşdırmanın nəticələrinə əsaslanaraq uşaqlarla bağlı planlarını və ya istəklərini dəyişməməlidir.

Xatırladaq ki, bioqerontologiya və epigenetika sahəsində aparılan yeni tədqiqatlar göstərir ki, qadınların ev heyvanları xüsusilə itlərlə müntəzəm ünsiyyəti bioloji qocalmanı ləngidə bilər.

Epigenetik saatlar adlanan, hüceyrələrin real yaşını göstərən markerləri təhlil edən alimlər müəyyən ediblər ki, it saxlayan qadınların epigenetik profili digər insanlarla müqayisədə daha “gənc” görünür. Bu təsirin fiziki aktivlik, psixoloji dəstək, stressin azalması və hormon balansının yaxşılaşması kimi amillərlə əlaqəli olduğu düşünülür.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Mart 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri