Icma.az
close
up
RU
On minlərlə abituriyent informasiyasız qalır: Kamran Əsədov DİM ə sərt irad tutdu

On minlərlə abituriyent informasiyasız qalır: Kamran Əsədov DİM ə sərt irad tutdu

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Jurnal bir gün qalmış çıxır, minlərlə gənc tələsik qərar verir”


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün qruplar üzrə avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, “Abituriyent” jurnalının 4 nömrəli buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib ki, hələ qabiliyyət imtahanları və apellyasiyalar davam edir: “İxtisas seçimi 10 gün davam edəcək”. Qeyd edilib ki, magistraturaya boş qalan plan yerlərinə ixtisas seçiminin də avqustun ortalarında həyata keçirilməsi nəzərdə tutulub.


Təhsil eksperti Kamran əsədov Sherg.az-a açıqlamasında  bu sahədəki sistematik boşluqlara diqqət çəkərək, informasiya siyasətində şəffaflıq və planlaşdırmanın zəruriliyini gündəmə gətirib:  

“Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə ixtisas seçimi cədvəli ilə bağlı açıqlaması bir daha göstərir ki, abituriyentlərin məlumatlandırılması məsələsində ciddi boşluqlar var. 2025-ci il üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək keçiriləcək, lakin “Abituriyent” jurnalının 4-cü buraxılışının və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçalarının bu prosesə cəmi bir gün qalmış nəşr olunması, seçim edən gəncləri faktiki olaraq vaxt məhdudiyyətinə məhkum edir. Bu, on minlərlə abituriyentin gələcək taleyini təsir edən bir qərarı tələsik və qeyri-obyektiv məlumatlarla verməsinə səbəb olur.

Dünyanın inkişaf etmiş ölkələrində təhsil seçimi prosesində şəffaflıq və vaxtında məlumat təminatı əsas prinsiplərdən biridir. Məsələn, Almaniyada universitetlər üzrə qəbul planları və ixtisas məlumat kitabçaları imtahanlar bitdikdən dərhal sonra, yəni seçimdən ən azı bir ay əvvəl abituriyentlərin ixtiyarına verilir. ABŞ-da isə universitet məlumat bazaları və ixtisas kataloqları onlayn platformalarda daim yenilənir və abituriyentlər qəbul imtahanından xeyli əvvəl bu məlumatlara çıxış əldə edir. Azərbaycanda isə bu məlumatların vaxtında verilməməsi abituriyentləri ya sosial şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlara üz tutmağa, ya da seçim zamanı təsadüfi qərarlar verməyə məcbur edir.

Reallıq budur ki, universitetlərin plan yerləri və ixtisas məlumatları artıq çoxdan təsdiqlənmiş olur, hətta sosial şəbəkələrdə paylaşılan qeyri-rəsmi cədvəllər rəsmi “Abituriyent” jurnalından daha tez yayımlanır. Dövlət İmtahan Mərkəzinin bu sahədə planlaşdırma zəifliyi səbəbindən, informasiya təminatı ilə bağlı məsuliyyət yalnız valideynlərin və abituriyentlərin üzərinə yüklənir. Əslində isə, bu məsələnin qanunvericiliklə dəqiq tənzimlənməsi vacibdir. “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində təhsil alanların məlumatlandırılması dövlətin vəzifəsi kimi göstərilir, lakin faktiki olaraq bu öhdəlik yerinə yetirilmir”.


K. Əsədov qeyd edib k, əgər DİM ixtisas seçimi ilə bağlı jurnal və kitabçaları ən azı avqustun 3-4-də çap edib satışa çıxarsa, abituriyentlərin məlumatları analiz etməyə, universitet və ixtisaslar arasında müqayisə aparmağa daha çox vaxtı olar: 

“Bu dəyişiklik həm qəbul prosesində şəffaflığı artırar, həm də gələcəkdə ixtisasını dəyişmək məcburiyyətində qalan yüzlərlə gəncin sayını azaldar. Təhsil siyasəti yalnız imtahan keçirməkdən ibarət deyil, bu imtahanın nəticəsində gəncin həyatına təsir edən düzgün qərar verməsinə şərait yaratmaqdır.Dövlət İmtahan Mərkəzi bu istiqamətdə vaxtında informasiya təminatını təşkil etmədiyi üçün hər il minlərlə gənc seçimini tələsik edir, nəticədə ya yanlış ixtisas seçir, ya da illərlə işsiz qalır. Bu, sadəcə təşkilati məsələ deyil, ölkənin insan kapitalının inkişafına birbaşa zərbədir. İxtisas seçiminə dair məlumatların vaxtında təqdim edilməsi artıq lüks deyil, təhsil sisteminin normal işləməsi üçün zəruri şərtdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Avqust 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri