Icma.az
close
up
RU
DİM və imtahan fetişizmi Kamran Əsədov yazır

DİM və imtahan fetişizmi Kamran Əsədov yazır

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda imtahanlar artıq təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin hər gününü, gündəmini zəbt edib. Şagird üçün də, tələbə üçün də, magistr üçün də, işə qəbul olmaq istəyən üçün də, müəllim üçün də ən vacib mövzu – imtahandır. Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur. Hər qurum öz imtahanını “tək həqiqət” kimi təqdim edir, Dövlət İmtahan Mərkəzi isə imtahanı təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib.

Şagirdlər, müəllimlər, gənclər, hətta valideynlər ilboyu stres, təşviş və psixoloji gərginlik içində yaşayır. Hər imtahan öncəsi ölkədə kütləvi psixoz yaranır, uşaqların, gənclərin ruh sağlamlığı, həyat keyfiyyəti ciddi təhlükə altına düşür. İmtahanların sayının bu qədər çox olması, onların həyatın hər pilləsinə müdaxilə etməsi heç bir inkişaf göstəricisi deyil. Əksinə, bu, təhsilin mahiyyətinin, yaradıcı düşüncənin, insani və sosial dəyərlərin getdikcə sıradan çıxmasına, yalnız bal və nəticə “ovuna” çevrilməsinə səbəb olur.

Bundan da faciəlisi, bu qədər səs-küylü imtahanların nəticəsində təyinatlarda, işə qəbulda, təqaüd ayrılmasında şəxsiyyətlərə, şəxsi münasibətlərə, tanışlığa hələ də geniş yer verilir. Yəni, illərlə imtahan stressi, test ab-havası, psixoloji əzab nəticədə yenə də insan faktoru ilə “süzülür”. Dövlət İmtahan Mərkəzinin və digər qurumların imtahan keçirmək həvəsi Azərbaycan təhsilini, insan kapitalını yaradıcılıqdan, təşəbbüskarlıqdan, innovativlikdən uzaqlaşdırır.

DİM və digər imtahan mərkəzləri illərdir israr edir ki, məhz testlər obyektivliyi, şəffaflığı təmin edir. Ancaq reallıq budur: testlərlə ölçülən bilik həyatda tələb olunan bacarıqların, səriştələrin çox az hissəsini əhatə edir. Şagird yalnız test həll etməyi öyrənir, amma düşünməyi, araşdırmağı, müzakirə etməyi, yaradıcı yanaşmanı unudur. Hər gün imtahan, hər gün stress -nəticədə isə nə elmi kadr formalaşır, nə də motivasiyalı gənc cəmiyyətə qazandırılır.

Əgər nəticə yenə də şəxsi münasibətlər və insan faktoruna dayanacaqsa, bu qədər imtahanın, stressin, əsəbin, ailələrin sosial rifahına, uşaqların psixikasına vurulan zərərin nə mənası var? Əsl təhsil sistemi uşağı, gənci, insanı imtahandan imtahana qaçan deyil, azad, yaradıcı, düşünən, analitik və cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişdirməlidir. Bu qədər imtahan asılılığını, test diktaturasını, DİM-in və digər qurumların “imtahan sevdasını” ciddi şəkildə tənqid edirəm. Təhsil sistemi insan yetişdirməlidir, robot yox!

Kamran ƏSƏDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 28 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see223

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see218

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see155

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see136

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see135

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

26 Aprel 2025 19:54see133

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see131

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see129

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see129

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see128

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see127

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see126

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see124

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see123

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see122

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see121

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see118

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see115

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see112

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri