Icma.az
close
up
RU
On qadın Atlantik okeanını keçərək COP30 a çatıb

On qadın Atlantik okeanını keçərək COP30 a çatıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Brüssel, 16 noyabr, AZERTAC

34 günlük səfərdən sonra Belçikalı fəal Mayte Meüs və “Women Wave Project”in digər doqquz qadın üzvü bir neçə gün əvvəl Braziliyanın Belem şəhərinə çatıblar.

AZƏRTAC xəbər verir ki, onların məqsədi BMT-nin İqlim Konfransında (COP30) qadınların səsinin eşidilməsini təmin etməkdir. Fransanın Sen-Nazer şəhərindən oktyabrın əvvəlində yola düşən komandada altı gənc fəal və dörd peşəkar dənizçi qadın yer alıb. Onlar "L'Esprit d’Equipe" adlı dünyaca məşhur yelkənli yarış gəmisində Kanar adalarında dayanaraq Atlantik okeanını keçiblər.

Brüsseldə yaşayan "Balance ton Bar" və "Projet Artemise" kimi QHT-lərin qurucusu Mayte Meüs bu səfərin həm siyasi, həm də şəxsi xarakter daşıdığını deyib: "Atlantiki yalnız qadınlardan ibarət komanda ilə keçmək həm intensiv, həm də simvolik idi. Biz COP-da daşıdığımız mesajı öz həyatımızda göstərmək istədik: qadınlar böhranlarla ilk üzləşənlərdir, amma qərar masasında nadir hallarda yer alırlar”.

Səfər məşəqqətli olub: qasırğalar, yuxusuz gecələr, dar məkan, duşsuz günlər. Qadınlar iki saatlıq növbələrlə yatıb, dəniz suyunda yuyunublar. Yola düşməzdən bir neçə gün əvvəl gəmini dəyişmək məcburiyyətində qalıblar və hətta Braziliya sahillərinə yaxınlaşanda pirat hücumu riski səbəbindən donanma tərəfindən müşayiət ediliblər.

"Women Wave Project" Fransa və Belçikadan olan altı fəalı bir araya gətirir: Kamill Etyen, Adelaid Şarlier, Mariam Turé, Kolin Balfroid, Lusi Morau və Mayte Meüs. İndi Belemə çatan fəallar bir neçə həftə ərzində COP-un rəsmi "mavi zonasını" və vətəndaş cəmiyyətinə açıq "yaşıl zonanı" izləyəcəklər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri