Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ona heykəl qoyulmalıdır Sovetskidə çay içə içə nərd atan bakılı cin haqqında

Ona heykəl qoyulmalıdır Sovetskidə çay içə içə nərd atan bakılı cin haqqında

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az İlqar Əlfioğlunun yeni yazısını təqdim edir.

1957-ci il iyulun 12-də Sovet kinoteatrlarında “Lenfilm” kinostudiyasında rejissor Gennadi Kazanski tərəfindən çəkilmiş tammetrajlı nağıl filmi – "Qoca Xəttabıç" ekranlara çıxdı.

Film yazıçı Lazar Laginin eyniadlı kitabı əsasında çəkilmişdi.

Etiraf edirəm: Lazar Laginin (əslində, Ginzburq) yaradıcılığını, xüsusilə fantastik əsərlərini yüksək qiymətləndirirəm. Halbuki o, yalnız fantastika janrında yazmayıb. Lakin onun “AВ Patenti”, “Ataviya Proksima”, “Mavi Adam”, “Mayor Vell Endyu” kimi əsərləri sovet fantastikasının əsl inciləridir.
“Qoca Xəttabıç” nağılı isə mənim ən sevdiyim, necə deyərlər, "masaüstü" kitablarımdandır.

Gəlin ideoloji tərəfini bir kənara qoyaq və ədəbiyyat barədə danışaq. Belə ki, şəxsən mən, cin Həsən Əbdürrəhman ibn Xəttab qədər parlaq, obrazlı, inandırıcı və dəqiq təsvir edilmiş başqa nağıl personajı xatırlamıram. Qeyd etmək lazımdır ki, orda "Rahat ibn Lokum", "sim-salabim" tiplı kvazi-Şərqdən əsər-əlamət yoxdur. Lagin cin obrazını yaradarkən ərəb mifologiyasını dərindən bilən bir yazıçı kimi çıxış edir. Əsərdə yeganə qeyri-dəqiqlik budur: mifologiyaya görə, cinlər oddan yaranıblar və insan qiyafəsində aramızda gəzə bilməzlər. Amma müəllif bu “həqiqəti” qurban verməliydi – əks halda kitab heç yaranmazdı.

Nağıl ekrana köçürülərkən əsas rolu canlandıran aktyorun üzərinə çox böyük məsuliyyət düşürdü: nə az, nə çox – 3732 yaşlı cini bəm canlı, bəm də inandırıcı şəkildə göstərmək lazım idi. Kitabdakı Xəttabıç xarakterə malik idi – deməli, ekrandakı Xəttabıç da eyni xarakterə sahib olmalı idi.
Aktor Nikolay Volkov (ata) bu çətin vəzifənin öhdəsindən nəinki 100, hətta 200 faiz gəldi!

Amma məsələ bununla da bitmir.

Siz bilirdinizmi ki, Nikolay Nikolayeviç Aqurov (aktyorun əsl soyadı belədir) Bakı ilə birbaşa bağlıdır?

Doğrudur, o, 1902-ci ildə Kursk vilayətində anadan olub. Amma 1918-ci ildə gələcək qoca Xəttabıçın ailəsi Bakıya köçür və onun atası Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyində kargüzarlıq direktoru statusunda xəzinədarlıq şöbəsinin müdiri vəzifəsini tutur!

Bu bir!!!

Daha maraqlısı budur ki, Nikolay Aqurov və onun böyük qardaşı Yevgeni İrəvandakı kişi gimnaziyasında təhsil alaraq, sonradan birlikdə Bakı Teatr Studiyasını bitiriblər! Onların ilk çıxışları da Bakı teatrının səhnəsində olub.

Bu iki!!!

Sonralar qardaşlar belə qərara gəliblər ki, hər ikisi aktyor olduğu üçün onları səhv salmasınlar deyə, böyüyü ailə soyadını – Aqurov – saxlayacaq, kiçiyi isə Volkov soyadını götürəcək.

...Bu faktları bilməsəydim belə, film versiyasındakı cin Həsən Əbdürrəhman ibn Xəttabın bakılılı olduğuna qəti şübhə etməzdim. Sadəcə, o qocaya özünüz də baxın!

Onun baxışlarına fikir verin! O, tər-təmiz bakılıdır! Hətta elə bil, onu hardasa görmüşəm – ya Sovetskidə, ya da 4-cü Naqornıda - tut ağacının kölgəsində çay içə-içə nərd atırdı!

Bütün bunlara əsaslanıb cəsarətlə bir təklif irəli sürürəm: Bakı parklarından birində qoca Xəttabıçın – əslində, aktyor Nikolay Volkovun – heykəli qoyulsun. Elə film versiyasındakı kimi – kətan kostyumda, “kanotye” şlyapada və burunları dik köhnə başmaqlarda (yadınızdadırsa, cin üç min illik qabarlarına görə təzə ayaqqabı geyməkdən imtina edirdi...)

Əsl bizim adamdı, vallah bizimkidi!

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi "Onu incitmək, zorlamaq olmaz" - Ötən gün intihar edən azərbaycanlı rəssam haqqında bilmədikləriniz “Axirətdən gələn zəng” tamaşası yeni quruluşda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri