Icma.az
close
up
RU
Onkoloji xəstəliklərin süni intellektlə müalicəsi perspektivləri müzakirə olunub FOTOLAR

Onkoloji xəstəliklərin süni intellektlə müalicəsi perspektivləri müzakirə olunub FOTOLAR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin(ACQOC) və İstanbul Memorial Hospitalının həmtəşkilatçılığı ilə “Onkoloji xəstəliklərin cərrahiyyəyə təsiri” mövzusunda vebinar keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, vebinarı giriş sözü ilə açan ACQOC-nin sədr müavini, tədbirin spikeri Elgün Səmədov vebinarın onkoloji xəstəliklərin cərrahi müalicəsində əldə edilmiş elmi yeniliklərə, gələcə kperspektivlərinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. 

“Son illərdə aparılan onkoloji müalicələr cərrahiyyə ilə mühüm uğurlar qazanıb”, -deyə sədr müavini bildirib.

Elgün Səmədov onkoloji xəstəliklərin müalicəsində cərrahiyyə və kimyaterapiyanın müştərək təsirinin əhəmiyyətindən ətraflı bəhs edib. 

Vebinarda çıxış edən ACQOC-nin sədri, həkim onkoloq Altay Əliyev xərçəng xəstəliyinin müalicəsində azərbaycanlı və dünya alimlərinin əldə etdikləri nailiyyətlərdən söz açıb. Bu xəstəliyin müalicəsində cərrahi əməliyyatların əhəmiyyətindən danışıb. 

Daha sonra vebinarın moderatoru, İstanbul Şişli Memorial Hospitalının ümumi cərrahı Mərt Tanal “Cərrahi onkologiyanın prinsipi” mövzusunda məruzə edib. 

Məruzəçi onkoloji xəstəliklərin müalicəsində xəstələri sinifləndirmə və müalicə taktikasının seçilməsi strategiyasının təsnifat tarixindən bəhs edən M.Tanal qlobal texnoloji inqilab fonunda xərçəng xəstələrinin müalicəsində əldə edilmiş innovativ nailiyyətlərdən söz açıb. “Texnologiyanın çox sürətlə irəliləməsi fonunda həm medikal, həm molekulyar, həm də cərrahi onkologiyada iki il öncə əldə etdiyim yeni biliklərin və informasiyanın bu gün yetərsiz olduğunu müşahidə edirəm”,-  deyə məruzəçi diqqətə çatdırıb. 

Onun sözlərinə görə, bu gün süni intellektə, robototexnikaya söykənən əməliyyatların icra olunması öz növbəsində, xərçəng xəstəliyinin cərrahi müalicəsinin daha geniş vüsət almasına təkanverir.

Mərt Tanal cərrahi onkologiyanın radikal rezeksiya, yetərli rezeksiya, şişmanipulyasiyasının minimuma endirilməsi, cərrahi sahəyə nəzarət, əməliyyatöncəsi qiymətləndirməvə s. Kimi mühümn prinsiplərinin müalicə prosesində mühüm rol oynadığını diqqətə çatdırıb. 

Daha sonra cərrahi onkologiyanın gələcək perspektivlərindən, habelə xərçəng xəstəliyinin süni intellekt və robotik cərrahiyyə ilə müalicəsində gözlənilən innovativ nailiyyətlərdən bəhs edib.

Xəzər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri