Icma.az
close
up
RU
Onkoloqlarımızın nəcib təşəbbüsü

Onkoloqlarımızın nəcib təşəbbüsü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

“Onkologiya və qidalanma” kitabından əldə olunan vəsaitə USM cihazı alınıb

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü və dəstəyi, Əməkdar həkim-onkoloq Elçin Mansurov, Sevinc Rəhimzadə, Türkan Mansurovanın müəllifliyi ilə hazırlanıb nəşr olunan “Qidalanmanın onkologiyaya təsiri” külliyyatın (4 cildlik ensiklopediya) satışından əldə olunan vəsait Milli Onkologiya Mərkəzinin Uşaq onkologiyası şöbəsinə ianə edilib.

İlk satışdan əldə edilən 15 min manatdan çox vəsaitə Uşaq onkologiyası şöbəsi üçün vacib olan müasir yeni Portativ USM cihazı alınıb və şöbəyə təqdim olunub. Artıq uşaqlar palatadan çıxmayaraq, elə oradaca ultrasəs müayinəsindən keçəcəklər. Qeyd etmək yerinə düşər ki, cihaz çox dəqiq görüntüyə malikdir.

Bu münasibətlə keçirilən mərasimdə Milli Onkologiya Mərkəzinin İkinci Kimyaterapiya şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Elçin Mansurov, Uşaq onkologiyası şöbəsinin rəhbəri Reyman İsmayılzadə göstərilən dəstək və diqqətə görə akademik Cəmil Əliyevə minnətdarlıq edib təşəkkürlərini bildiriblər.

Reyman İsmayılzadə bildirib ki, uzun müddət Belarusiyada çalışdığı dövrdə, eləcə də digər xarici ölkələrdə rast gəldiyi belə hadisələrin ölkəmizdə baş verməsi onu hədsiz sevindirir:

– Avropa ölkələri, həmçinin təcrübədə olduğumuz Böyük Britaniyada görmüşəm ki, Uşaq Onkologiyası mərkəzində şöbələrdə, reanimasiyada olan cihaz və ləvazimatların böyük hissəsi xeyriyyə təşkilatları, cəmiyyətin tanınmış şəxslərindən hədiyyə edilmişdir.

Akademik Cəmil Əliyevin rəhbərliyi, təşəbbüsü ilə son 2 ildə bir sıra layihələrdən əldə olunan qonorar və gəlirlərin uşaq şöbəsinə dəstək üçün ayrılması artıq ənənə halını alıb. Onkologiya mövzusunda son dövrlərin ən yaxşı kitablarından olan, 4 cildlik ensiklopediyanın satışından gələn ilk qonorar yenə Uşaq onkologiya şöbəsinə hədiyyə olunub. Bu qonorarın hesabına şöbədə vacib cihazlardan olacaq portativ USM aparatının alınması təqdirəlayiqdir.

Buna görə bütün şöbə əməkdaşları və valideynlər adından akademikə təşəkkürümü bildirirəm. Bu, həqiqətən dəyərli bir kitabdır. Kitabda həm həkimlər, həm cəmiyyət üçün dünyada lazımlı və vacib informasiyalar toplanılıb.

Uşaq onkologiyası elə bir sahədir ki, hamının diqqətini cəlb etməlidir. Çünki hər birimiz həm də uşaq olmuşuq. Ekzüperinin məşhur əsəri var: “Balaca Şahzadə”. Orada deyilir ki, biz hər birimiz uşaqlıqdan gəlirik və heç vaxt uşaqlığımızı yaddan çıxarmamalıyıq.

Əməkdar həkim-onkoloq Elçin Mansurov Azərbaycanda kitab satışından əldə olunan vəsaitlə belə bir nəcib əməlin təşəbbüskarları olduqları üçün fəxr etdiklərini bildirdi:

– Dövlət bizim mərkəzi lazımi müasir avadanlıqlarla təmin edib. Amma hörmətli akademik Cəmil Əliyev və professorumuzun dediyi kimi, dünyanın hər yerində məşhur onkoloji klinikalara, xüsusən onkoloji xəstə uşaqlara hədiyyələr, ianələr olunur.

Biz də müzakirələrdən sonra qərara gəldik ki, portativ USM cihazı alaq. Mərkəzimizdə bir neçə ədəd stasionar, böyük USM cihazı var. Onları lazım olanda palatadan–palataya daşımaq çətinlik yaradır. Hədiyyənin qiymətini deməzlər, təbii ki, dəyərli bir cihazdır. Amma çox maraqlı bir məqam oldu ki, aparatı alanda firma əməkdaşları biləndə ki, uşaq onkoloji şöbəsi üçün alırıq, 2000 manat da endirim edib, qiymətdən çıxdılar. Bu bir daha göstərdi ki, tək deyilik. Biz arzu edirik ki, belə təşəbbüslər davamlı olsun. Uşaqlarımızı hər zaman diqqətimizdə saxlayaq.

Qeyd edək ki, artıq sentyabrın 1-dən xəstələrin müayinəsi yeni USM cihazı ilə aparılır.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri