Icma.az
close
up
RU
Azərbaycanın təşəbbüsü ilə...

Azərbaycanın təşəbbüsü ilə...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

ECO çərçivəsində yeni əməkdaşlıq formatları və layihələri müəyyənləşməkdədir

Üzv olduğu qlobal və regional təşkilatlarda geniş tərəfdaşlıq, qarşılıqlı etimad və anlaşma, inteqrasiya və digər mühüm amillərin güclənməsinə töhfə verən Azərbaycan enerji və qeyri-enerji layihələrinin təşəbbüskarı və nümunəvi addımları ilə fərqlənməkdədir. Həmin təşkilatlardan biri olan İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) öz faydalı təklifləri ilə seçilən respublikamız sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə dərin töhfələr verir, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlıqda öz fəal iştirakını gücləndirir.

ECO regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələrin önəmli yer tutduğunu bəyan edən Prezident İlham Əliyev bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. “Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları

Azərbaycan ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin Zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında önəmli sənədlər qəbul olunub. Eyni zamanda, 2023-cü ilin oktyabrında Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclası aparıcı mövzu olan “Yaşıl keçid və qarşılıqlı bağlantılar” hədəflərinə çatmaq üçün xüsusi aktuallıq kəsb edib, üzv ölkələr arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın əsasını qoyub.

Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Həmçinin, ECO təşkilatı da Azərbaycanın son illərdə qlobal dünya ilə balanslaşdırılmış və çoxşaxəli siyasətinin müsbət nəticələrini, eləcə də artan resurs və tranzit imkanlarını nəzərə alaraq sıx əməkdaşlığı daha da artırmağa üstünlük verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Cənub Qaz Dəhlizi kimi layihələrin icrası bu baxımdan ECO-nun starteji maraqlarına xidmət edir. ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Məhz bunun nəticəsidir ki, həmin coğrafiyada xüsusi strateji logistika imkanları ilə seçilən islam və türk dövlətlərinin Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi layihələrdə ortaq addımlar atması daha çox diqqəti cəlb edir.

“Yaşıl iqtisadiyyat” quruculuğunda uğurlu başlanğıc

Son illər ECO-Azərbaycan əlaqələri daha geniş iqtisadi parametrləri əhatə etməyə başlayıb və ticarət, kənd təsərrüfatı və “yaşıl iqtisadiyyat” sahələrində həyata keçirilən əməkdaşlıq təşəbbüsləri ölkəmizin bu regional qurumda rolunu daha da gücləndirib. Bundan əlavə, Azərbaycan ECO çərçivəsində “yaşıl enerji” təşəbbüslərinə də böyük önəm verir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.

Azərbaycan ECO ölkələri ilə ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Ölkəmiz regionda ticarətin asanlaşdırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, sərmayə mühitinin yaxşılaşdırılması və sənaye əməkdaşlığının gücləndirilməsi kimi təşəbbüslərlə çıxış edir. Qeyri-neft sahələrində hər iki tərəfin böyük potensialları mövcuddur. Bu resursların hərəkətə gətirilməsi İƏT ölkələri ilə qarşılıqlı mal və  xidmətlərin ticarətinin artmasına da yaxşı zəmin yaradır. Azərbaycanın hazırkı ixrac strategiyasında qeyri-neft ixracında aqrar-sənaye mallarının ənənəvi bazarlardan yeni bazarlara çıxışının təmin edilməsi və dayanıqlı ticarət infrastrukturlarının yaradılması mühüm yer tutur ki, bu baxımdan yeni imkanların səfərbər edilməsi ixracın coğrafiyasını daha da genişləndirə bilər.

Aqrar sahədə birgə təşəbbüslər

Eləcə də, son illərdə Azərbaycan və ECO ölkələri arasında aqrar sahədə səmərəli əməkdaşlıq çərçivəsində təşkilatın ixtisaslaşmış orqanları ilə birgə regional layihələr həyata keçirilib. Üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər dəstəklənib, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı birgə addımlar atılıb. Hazırda tərəflər aqrar sahədə ənənəvi istehsal və emal üsullarından müasir aqrar-sənaye modelinə keçidi sürətlləndirmək, “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqini genişləndirmək, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiqini təmin etmək, ekoloji təmiz və halal qida prinsipi ilə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri və aqroparklar yaratmaq üçün birgə təşəbbüsləri nəzərdən keçirir.

Ölkəmizin perspektiv planlara əsasən, aqrar sektorun müxtəlif bölmələrinə sərmayələrin cəlb olunması, xarici iş adamları arasında əlaqələrin gücləndirilməsi və təşviq edilməsi nəzərdə tutulur. Hökumət bu istiqamətdə müxtəlif stimullaşdırıcı iqtisadi alətlər, o cümlədən vergi və gömrük güzəştləri tətbiq edir.

ECO investorlarının azad ərazilərə marağı

İşğaldan azad edilmiş ərazilərdə xarici investorlar üçün tətbiq edilən geniştutumlu güzəştlər, səmərəli iqtisadi alətlər ECO ölkələrinin biznes icması üçün də böyük imkanlar yaradır. Təşkilatın nümayəndə heyəti ilə keçirilən görüşlərdə sərmayəçilərə bu bölgənin aqrar layihələrdə təmsil olunmaq üçün münbit şərait yaradıldığı xatırladılıb və qarşı tərəfin marağına səbəb olub. Təşkilatın baş katibi Əsəd Məcid Xan mövcud əlverişli investisiya iqliminin dəyərləndirləcəyini və azad edilmiş ərazilərdə aqrar sektorda mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində İƏT-in rolunun artırılacağını bəyan edib. Yeri gəlmişkən, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi bu bölgəyə turizm xidmətləri üzrə xarici şirkətlərin gəlməsi üçün də dərin stimullar yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatının 2025-ci ildə 17-ci sammitinin Azərbaycanda keçirilməsi isə Azərbaycanın bu qurum daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see301

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see218

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see203

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see193

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see189

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see185

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see176

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see170

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see167

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see164

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see164

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see163

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see160

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see157

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see154

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see152

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see151

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see151

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see149

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri