Onlar 5 min manat cərimə ediləcək
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda kolların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumat təqdim edən şəxslər inzibati məsuliyyət daşıyacaqlar.
Bakupost.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 253-1.5-ci maddədə öz əksini tapıb.
Dəyişikliyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumat verən fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər isə 5 min manat məbləğində cərimə olunacaqlar.
Qeyd olunub ki, yeni tələblər "Yaşıllıqların mühafizəsi haqqında" qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədardır. Belə ki, çoxillik əkmələrin altında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsi zamanı məlumatlandırma icraatının həyata keçirilməsi tələb olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 İyun 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















