Kanadalı müğənni Trampı məhkəməyə verdi
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Kanadalı müğənni Nil Yanq ABŞ Prezidenti Donald Trampı müəllif hüquqlarını pozmaqda ittiham edərək ona qarşı 10 milyon dollarlıq iddia qaldırıb.
Bizim.Media xəbər verir ki, “Variety” nəşrinin məlumatına görə, mübahisə Yanqın “Rockin’ in the Free World” mahnısının Trampın seçki mitinqlərində istifadəsi ilə bağlıdır.
İddia ərizəsində mahnının oktyabrın 12-də Ohayo ştatında keçirilən mitinqdə, eləcə də Respublikaçılar Partiyasını dəstəkləyən digər tədbirlərdə səsləndirildiyi bildirilir. Müğənni təzminat ödənilməsini və mahnının siyasi məqsədlərlə istifadəsinin qadağan olunmasını tələb edir.
Yanq 2020-ci ildə də eyni mahnının ictimai tədbirlərdə istifadəsinə görə Trampa qarşı iddia qaldırmışdı. Həmin vaxt Tramp etirazları mübahisələndirməmiş və müvafiq lisenziya olmadan mahnıdan istifadə etməyəcəyinə söz vermişdi.
ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə təxminən üçdə biri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçiləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















