Onlar bələdiyyə seçkilərində səs verə bilməyəcək Rəsmi KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər.
KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir:
“Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq”.

