Onlar buna hamıdan çox layiqdirlər Mbappe
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransalı hücumçu Kilian Mbappe “Qızıl top” mükafatının yenidən “Real Madrid”ə qayıtmasını istədiyini bildirib.
Redaktor.az xəbər verir ki, 27 yaşlı futbolçu 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, mükafata namizədlər siyahısına daxil edilib.
“Məncə, bu, mükafatı qazanmaq üçün yaxşı ildir. Nə deməyimdən asılı olmayaraq, ən vacib məsələ “Qızıl top”un “Real Madrid”ə qayıtmasıdır. O, “Santyaqo Bernabeu”ya, madridlilərə, bütün bu insanlara ümid vermək üçün geri qayıtmalıdır. Onlar buna hamıdan çox layiqdirlər”, – deyə Mbappe bildirib.
Qeyd edək ki, Kilian Mbappenin “Qızıl top” uğrunda səsvermədə ən yaxşı nəticəsi 2023-cü ildə üçüncü yer olub. O, daha əvvəl karyerasını “Qızıl top” və UEFA Çempionlar Liqası qələbəsi olmadan başa vura biləcəyini də istisna etməyib.
Baxış sayı:72
Bu xəbər 17 Sentyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















