Icma.az
close
up
RU
Onlar nə vaxt Azərbaycana ekstradisiya olunacaq?

Onlar nə vaxt Azərbaycana ekstradisiya olunacaq?

Icma.az bildirir, News24 portalına istinadən.

Xəbər verdiyimiz kimi, xaricdə yaşayan və təqsirləndirilən azərbaycanlı mühacirlər Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluqdan çağırılıblar. Bu qərar onların Azərbaycanda törətdikləri cinayətlərə görə ekstradisiya olunması məsələsini gündəmə gətirir.

Millət vəkili Azay Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, onların fəaliyyəti hamı tərəfindən bilinir və onların Azərbaycanın mentalitetini, milli və mənəvi dəyərlərini tapdalayan, qanunları kobud şəkildə pozan kifayət qədər əməlləri var:

“Əgər onlar törətdikləri cinayət əməllərinə, milli-mənəvi dəyərləri tapdaladıqlarına görə məsuliyyətdən kənar qalacaqlarını düşünürlərsə, böyük səhv edirlər. Göründüyü kimi, artıq Respublikanın Baş Prokurorluğu onların hər biri ilə bağlı cinayət işi qaldırıb və mən əminəm ki, gec-tez onlar tutulacaq, həbs olunacaq və qanun qarşısında cavab verəcəklər. Bu məsələdə heç kimin şübhəsi olmasın. Hüquqi prosedurlar müəyyən ediləcək, aktuallıq qazanacaq. Belə şəxslərin tapılıb qanun qarşısında cavab verməsi üçün dövlət hərəkətə keçib. Heç kimə, heç bir şəxsə belə bir imkan tanınmayıb ki, o, bütün qırmızı xətləri keçərək çərçivələri pozsun. Bu şəxsləri mühacir də, müxalif də adlandırmaq olmaz. Mən deyərdim ki, onlar əxlaqi və mənəvi keyfiyyətləri itirmiş bir qrup insandır”.

Millət vəkilinin fikrincə, dövlət bu məsələdə bir qədər gecikib:

“Vaxtında bu şəxslərin həbs olunub ölkəyə gətirilməsi məsələsi daha ciddi şəkildə qoyulmalı idi. Lakin hesab edirəm ki, gec də olsa, artıq bu prosesə başlanılıb. Verilən açıqlamalardan da göründüyü kimi, onlar Cinayət Məcəlləsinin bir çox maddələri ilə təqsirli biliniblər və məhkəmə onların həbs olunmasına dair qərar verib. İndi isə əsas məsələ məhkəmə qərarının icrası üçün aidiyyəti qurumlar tərəfindən lazımi işlərin aparılmasıdır. Bu prosesin nə qədər çəkəcəyi artıq hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Lakin əgər belə bir qərar artıq verilibsə, bu o deməkdir ki, məsələ ilə bağlı müəyyən müzakirələr aparılıb və lazımi addımlar atılıb. Onların ədalət qarşısında cavab verəcəkləri gün isə uzaqda deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri