Icma.az
close
up
RU
“Onlar toyda oxuyublarsa, deməli sənətkar deyillər?”

“Onlar toyda oxuyublarsa, deməli sənətkar deyillər?”

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Birinə toy müğənnisi deyəndə düşünmək lazımdır ki, o insan məclisdə nə edir. Əgər yaxşı musiqini təbliğ edirsə, musiqi mədəniyyətimizi düzgün təqdim edirsə, bu, gözəldir”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov “Mədəni şou”da deyib. O, toy müğənnisi anlayışına münasibət bildirərək bu ifadənin yanlış başa düşüldüyünü vurğulayıb.

“Toyda oxuduğumuz mahnıların bəzilərini konsertlərdə də ifa edirik. Bir var ki, insan səhnədə oxuyanda, istər toyda, istərsə də konsertdə əyləşən tamaşaçı ondan həzz alır, bir də var ki, ona gülürlər. Bəzən savadsız danışırlar. Deyirlər ki, toyda ifa edən müğənni konsert oxumaz. Mən şəxsən Xalq artistləri Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, İlhamə Quliyeva, Alim Qasımov və Ağaxan Abdullayevlə birlikdə toyda oxumuşam. Onlar toyda oxuyublarsa, deməli sənətkar, musiqiçi deyillər?

Əgər səhnədə yaxşı musiqini təbliğ edirsənsə, istənilən yerdə oxuya bilərsən. Amma əgər musiqini alçaldırsansa, onu hörmətdən salırsansa, sənin nə konsertdə, nə də toyda yerin yoxdur. Musiqini anlamayan, duymayan, sevməyən, sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir.

Bəzən müğənnilərə savadsız suallar verirlər: toy məktəb ola bilərmi? Birincisi, məktəb təhsil aldığın yerdir. Sualı düzgün vermək lazımdır. Toyda müğənni təcrübə toplaya bilərmi? Sual belə olmalıdır. Toyda 5–7 saat səhnədə olursan, repertuarın zəngin olmalıdır. Konsertdə isə 20 mahnıdan ibarət repertuar hazırlayırsan və onu aylarla məşq edib səhnədə ifa edirsən. Toyda bəyəm məşq edib oxuyursan?

Səhnədə peşəkar adamdan təcrübəsiz biri dərs ala bilər. Toy oxumağı yox, səhnədə musiqini və mədəniyyəti necə təmsil etməyi öyrənsin və getsin onu təbliğ etsin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Yanvar 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri