“Onlara hərbi rütbələrin verilməsi müddəti bərabərləşdirilib” Deputat
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev bildirib.
“Beləliklə, layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir.
Sözügedən qanunvericilik aktlarına əsasən “leytenant” hərbi rütbəsində olma müddəti təhsil müddəti 4 il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbiqulluqçular üçün 3 il, təhsil müddəti 5 il və daha çox olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 1 il müəyyən edilib.
Belə olan halda, xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş və təhsil müddəti 4 il və 6 il olan hərbi qulluqçulara növbəti “baş leytenant” hərbirütbəsi onların həqiqi hərbi xidmətinin yeddinci ili tamamolduqda verildiyi halda, təhsil müddəti 5 il olan hərbi qulluqçulara növbəti rütbə onların həqiqi hərbi xidmətinin 6 ilinin tamamında verilir ki, bu da öz növbəsində eyni kateqoriyalı hərbi qulluqçulara fərqli yanaşmanın tətbiq olunmasına və bərabərlik prinsipinin pozulmasına şərait yaradır.
Qeyd olunanlarla bağlı mövcud məsələni tənzimləyən qanunvericilik aktlarının aidiyyəti maddələri yeni redaksiyada verilib, bununla da eyni kateqoriyadan olan hərbi qulluqçulara növbəti hərbi rütbələrin verilməsi müddəti bərabərləşdirilib”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















