“Onlara nə desəm, onu edəcəklər” Tramp
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə ilə bağlı yeni açıqlamalar verib.
Bir aydan artıqdır davam edən ABŞ–İsrail–İran müharibəsinin nə vaxt başa çatacağı dünya ictimaiyyətində maraq doğurduğu bir vaxtda Tramp bildirib ki, müharibəni dayandırmaq qərarı verəcəyi halda İsrail də bu addıma əməl edəcək.
“Onlara nə desəm, onu edəcəklər. İndiyədək yaxşı komanda oyunçusu olublar. Mən dayansam, onlar da dayanacaq. Təxribata məruz qalmasalar, dayanacaqlar. Amma təxribata məruz qalsalar, başqa seçimləri qalmayacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin iddia edib ki, İran münaqişəni bitirmək üçün razılaşmaya meyllidir.
Tramp İranla danışıqların getdiyini də təkrarlayaraq bildirib ki, bu proses düşündüyündən daha asandır: “Onlar tamamilə məhv edilirlər. Trampın İranla danışıqlar aparmadığını deyirlər, amma bu əslində çox asan bir danışıqdır. Onlar çox dözümlüdürlər, böyük əzablara tab gətirə bilirlər. Buna görə onlara hörmət edirəm. Məncə, onlar müharibədən çox danışıqlarda daha güclüdürlər”.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















