Icma.az
close
up
RU
​“Onları Ukrayna üzərində vurmaq lazımdır” Polşadan NATO ya çağırış

​“Onları Ukrayna üzərində vurmaq lazımdır” Polşadan NATO ya çağırış

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NATO ölkələri Rusiya dronlarını və raketlərini Ukraynanın hava məkanında vurmalıdır.

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Polşa Xarici İşlər naziri Radoslav Sikorski çıxış edib.

"Onları Ukrayna hava məkanında olarkən özünümüdafiə məqsədilə vurmaq, onları sərhədin bu tərəfindəki kiminsə üzərinə düşməsinə icazə verməkdən daha yaxşıdır", - Sikorski “BBC”-yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, belə bir yanaşma həm Polşaya, həm də Ukraynaya kömək edərdi. Xüsusilə, Sikorski qeyd edib ki, NATO ölkələri qərbi Ukrayna üzərindəki hava məkanını qoruyarsa, Lvovdakı hava limanı yenidən açıla bilər. O əlavə edib ki, bu məsələ hazırda təkcə Polşanın özündə deyil, həm də Şimali Atlantika Alyansı daxilində müzakirə olunur. Nazirin vurğuladığı kimi, Rusiyanın Ukrayna şəhərlərini müntəzəm olaraq atəşə tutması dəfələrlə raket və dronların Polşa ərazisinə düşməsi ilə nəticələnib.

Xatırladaq ki, dünən səhər Rusiya qüvvələri Polşa-Ukrayna sərhədindəki “Yaqodin” keçid məntəqəsinə və oradakı sərnişin qatarına zərbələr endirib. Kiyevdən Varşavaya gedən qatarın lokomotivinə pilotsuz təyyarə dəyib. Bu, müharibə boyunca xarici liderləri Ukrayna paytaxtına aparan dəmir yolu xəttidir. Bu hücum zamanı Polşa ordusu qırıcı təyyarələri havaya qaldırıb və təhlükəsizlik qüvvələri sərhəd bölgələrinin sakinlərinə xəbərdarlıq edib.

Bu fonda Polşa Baş naziri Donald Tusk təcili olaraq nazirləri, hərbi nümayəndələri və kəşfiyyat rəsmilərini toplayıb.

O, Rusiyanın eskalasiyasının "reallığa çevrildiyini" və Polşa üçün risklər yaratdığını bildirib: "Növbəti həftələr və aylar Rusiya tərəfindən çox gərgin aktivlik dövrü olacaq və təəssüf ki, bu gərginləşmənin bizim ərazimizi də əhatə edəcəyini istisna edə bilmərik".

Tusk vurğulayıb ki, Polşa və onun NATO müttəfiqləri "lazım gələrsə, birgə cavab verməyə hazır olmalıdırlar".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Sentyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri