“Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq” Polşa XİN başçısı NATO ya çağırış etdi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Qərb Ukrayna hava məkanında Rusiyanın pilotsuz təyyarələrini və raketlərini vurmaq barədə düşünməlidir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu bəyanatla Polşanın Xarici İşlər naziri Radoslav Sikorski çıxış edib.
Nazir bunu Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olmasının müzakirəsi fonunda deyib: "Şəxsən məndən soruşsanız: biz bu barədə düşünməliyik. Texniki baxımdan, biz NATO və Aİ olaraq bunu edə bilərdik. Lakin bu, Polşanın təkbaşına deyil, müttəfiqləri ilə birlikdə qəbul edəcəyi qərardır".
O, həmçinin Rusiyanın Baltik dənizindəki “kölgə donanması”na qarşı koordinasiyalı yanaşmanın yaradılmasını təklif edib: “Almaniya və ya NATO Şimal dənizində dəniz nəzarəti zonası yarada və beləliklə, bu gəmilərin Baltik dənizinə girişinə nəzarət edə bilər”.
O əlavə edib ki, bu rus gəmilərindən yalnız biri Baltik dənizində batsa, bu, “görünməmiş ölçüdə ekoloji fəlakət” olacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















