”Onların pulu ancaq bədən kəsdirməyə gedir”
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, müğənni “Kəşfet” verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib.
O, həmçinin onların estetik əməliyyatlara və arıqlama iynələrinə üstünlük verdiyini söyləyib:
“Musiqi məktəbini bitirməyiblər, evdə də onları başa salan olmaylıb. Təsadüfən gəlib düşüblər bu sənətə. Onların pulları ancaq bədən doğratdırmağa gedir. İndi də oturublar iynə ilə arıqlamağa. Hamısı eyni sifət, yanaq, dodaq, kirpik, qaş, bədən... Bunları ancaq səslərindən tanıyırsan, üzdən yox. Muğamları, klassik mahnıları bəziləri satırlar. Villaları, evləri var, gözləri doymur. Qapıdan qovursan, pəncərədən gəlirlər.
Onlar gərək mənə 50 min versinlər ki, onlar üçün mahnı yazım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















