Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Onlayn təhsil universitetləri əvəz edə bilərmi? KONKRET

Onlayn təhsil universitetləri əvəz edə bilərmi? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Universitetlərdə dərslərin müəyyən müddət ərzində onlayn formatda keçirilməsi zərurət yarandıqda tətbiq oluna biləcək çevik və faydalı bir mexanizmdir. Xüsusilə Azərbaycanda son illərdə beynəlxalq tədbirlərin, forumların, konfransların və müxtəlif irimiqyaslı tədbirlərin sayı artdığından, həmin tədbirlərin keçirildiyi günlərdə universitetlərdə dərslərin onlayn formada təşkili həm tələbələrin, həm də müəllimlərin hərəkət imkanlarını asanlaşdıra bilər”.

Bu sözləri təhsil eksperti Turan Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

“Lakin burada müvəqqəti olaraq onlayn təhsilə keçidlə ali təhsil sisteminin uzunmüddətli və ya tamamilə distant modelə keçirilməsini bir-birindən ayırmaq lazımdır.

Mən ali təhsilin bütövlükdə və uzunmüddətli şəkildə, məsələn, bir il müddətinə tamamilə onlayn formata keçirilməsini məqsədəuyğun hesab etmirəm. Çünki universitet yalnız auditoriyada dərs keçilən məkan deyil. Universitet həm də tələbənin sosiallaşdığı, müəllimlə birbaşa ünsiyyət qurduğu, praktiki bacarıqlar qazandığı, laboratoriyalardan, kitabxanalardan, texniki avadanlıqlardan və digər maddi-texniki resurslardan istifadə etdiyi təhsil mühitidir”.

Ekspertin sözlərinə görə, xüsusilə praktiki və texniki ixtisaslarda bunu onlayn formatla əvəz etmək olduqca çətindir.

“ Kimya, kompüter elmləri, qida sənayesi, mühəndislik, inşaat və digər bu kimi sahələrdə tələbənin yalnız nəzəri bilik əldə etməsi kifayət etmir. Tələbə laboratoriyada işləməli, avadanlıqdan istifadə etməli, real prosesləri müşahidə etməli və müəllimin birbaşa nəzarəti altında praktiki bacarıqlar qazanmalıdır. Bu təcrübəni tamamilə ekran qarşısında keçirilən dərslərlə əvəz etmək mümkün deyil.

Digər tərəfdən, humanitar və bəzi sosial istiqamətlərdə onlayn təhsilin imkanlarından daha geniş istifadə etmək olar. Məsələn, nəzəri mühazirələrin, seminarların, müzakirələrin və müəyyən dərs materiallarının onlayn formada təqdim edilməsi həm tələbənin, həm də müəllimin vaxtına qənaət edə bilər. Bu, xüsusilə şəhər daxilində uzun məsafə qət edən tələbələr üçün yol vaxtının və nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Ancaq humanitar ixtisaslarda belə universitet mühitinin tamamilə aradan çıxarılması düzgün yanaşma olmazdı. Məsələn, xarici dil müəllimliyi və ya xarici dillərlə bağlı ixtisaslarda tələbənin yalnız onlayn dərslərə qoşulması kifayət deyil. Dinləmə otaqlarından istifadə, müəllimin nəzarəti altında danışıq və dil praktikası, müxtəlif kommunikativ fəaliyyətlər, qrup işi və real ünsiyyət imkanları tələbənin peşəkar inkişafında mühüm rol oynayır”.

T.Hüseynov vurğulayır ki, daha çox “hibrid və çevik ali təhsil modeli”nin inkişaf etdirilməsini məqsədəuyğundur.

“Yəni dərsin mahiyyətinə və ixtisasa uyğun olaraq hansı komponentin auditoriyada, hansının isə onlayn keçirilməsi müəyyənləşdirilməlidir.

Məsələn, beynəlxalq tədbirlərin keçirildiyi günlərdə və ya nəqliyyatın ciddi şəkildə məhdudlaşdığı xüsusi vəziyyətlərdə bir həftəlik onlayn təhsil kifayət qədər səmərəli həll ola bilər. Lakin bu müvəqqəti modelin avtomatik olaraq bir neçə ay və ya bir il davam edən tam distant təhsil sisteminə çevrilməsi artıq başqa məsələdir və bunun üçün həm pedaqoji, həm texniki, həm də sosial nəticələr ayrıca qiymətləndirilməlidir.

Burada bir məqamı da nəzərə almaq lazımdır: onlayn təhsil sadəcə auditoriya dərsinin Zoom və ya başqa platforma üzərindən keçirilməsi demək deyil. Keyfiyyətli distant təhsil üçün müəllimlərin rəqəmsal pedaqoji bacarıqları, elektron tədris resursları, qiymətləndirmə sistemi, tələbənin davamiyyət və iştirakının izlənilməsi, akademik dürüstlüyün qorunması və texniki infrastruktur təmin edilməlidir.

Ona görə də məsələ “bir həftəlik onlayn təhsil bir ilə qədər uzadıla bilərmi?” formasında deyil, “hansı ixtisasda, hansı dərslər və hansı məqsədlər üçün onlayn format daha səmərəlidir?” formasında qoyulmalıdır.

Məncə, gələcəyin ali təhsil modeli “tam auditoriya” və ya “tam onlayn” modellərindən birinin seçilməsi deyil. Daha optimal yanaşma təhsilin məzmununa, ixtisasa və konkret şəraitə uyğun olaraq üz-üzə və onlayn təhsilin imkanlarının düzgün birləşdirilməsidir.

Yəni beynəlxalq tədbirlər, fövqəladə vəziyyətlər və digər xüsusi hallar zamanı qısamüddətli onlayn təhsil çevik və faydalı həll ola bilər. Lakin universitetin özünü və universitet mühitinin verdiyi imkanları uzunmüddətli şəkildə onlayn platforma ilə əvəz etmək ali təhsilin mahiyyətini daraltmaq riski yaradır.

Əsas məqsədimiz sadəcə dərsi tələbəyə çatdırmaq yox, tələbəyə keyfiyyətli təhsil, praktiki bacarıq, sosial və peşəkar mühit qazandırmaq olmalıdır. Bu baxımdan texnologiya universiteti əvəz edən vasitə deyil, universitetin təhsil imkanlarını genişləndirən mühüm alət kimi qəbul edilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Sentyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri