Icma.az
close
up
RU
Onlayn ticarət ənənəvi ticarəti sıradan çıxara bilərmi?

Onlayn ticarət ənənəvi ticarəti sıradan çıxara bilərmi?

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə ölkədə onlayn alış-veriş edənlərin sayı xeyli artıb. İnsanlar istədikləri məhsulu onlayn satış platformaları vasitəsilə asanlıqla sifariş edərək əldə edə bilirlər. Tanınmış brendlərin geyimlərini, ayaqqabı və çantalarını onların ölkədə fəaliyyət göstərən rəsmi mağazalarından daha ucuz qiymətə onlayn almaq mümkündür.

Birbaşa ünvana çatdırılma xidmətinin mövcudluğu isə bu prosesi daha da rahatlaşdırır. Bu gün mağaza-mağaza gəzərək vaxt itirməkdənsə, evdən çıxmadan, yorulmadan sifariş vermək insanlara daha sərfəlidir. Onlayn ticarət xüsusilə alış-verişə vaxt ayıra bilməyən insanlar üçün daha əlverişlidir.

İnsanların onlayn sifarişə üstünlük verməsi satış sektoruna da ciddi təsir göstərir. Mağazalarda müştəri sayında nəzərəçarpacaq azalma müşahidə olunur ki, bu da satış həcminə mənfi təsir göstərir. Satışın azalması nəticəsində vaxtilə bu sahədə uğur qazanmış bir çox sahibkar mağazalarını bağlamaq məcburiyyətində qalırlar.

Mağazalar müxtəlif endirim kampaniyaları təklif etməyə məcburdurlar

Tanınmış brend mağazalardan birinin meneceri Xəyal Qasımov bildirib ki, bir neçə il əvvəl satışlar qənaətbəxş səviyyədə idi. Lakin son dövrlərdə onlayn platformaların güclü şəkildə reklam olunması və müxtəlif cəlbedici təkliflərlə müştəriləri özünə çəkməsi onların satışlarına mənfi təsir göstərir.

"Bunun qarşısını almaq və müştəriləri itirməmək üçün biz də müxtəlif endirim kampaniyaları təklif etməyə məcburuq", - deyə o bildirib: "Bu məqsədlə sosial şəbəkələrdə aktiv şəkildə məhsullarımızı reklam edirik. Endirim kampaniyaları zamanı müştərilərimizin telefon nömrələrinə məlumat xarakterli ismarıclar göndəririk. Ancaq bu üsullarla müəyyən qədər müştəri qazanmaq mümkündür. Əks halda satışlar daha da zəifləyir".

Xəyal Qasımovun sözlərinə görə, onlayn satışların artması onların bir neçə mağazasının bağlanmasına səbəb olub:

"Demək olar ki, bu gedişatı dayandırmaq mümkün deyil. Buna baxmayaraq, biz də dayanmaq fikrində deyilik. Yeni planlar və hədəflər üzərində çalışırıq. Bu mübarizədə kimin ayaqda qalacağını zaman göstərəcək."

Hərəsinin öz alıcısı var

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, onlayn alış-veriş edənlərin sayının artması istər-istəməz mağazaların satışına mənfi təsir göstərir: "Pandemiyadan sonra onlayn ticarətin payı ümumi pərakəndə ticarət dövriyyəsində sürətlə artmağa başladı. Son iki il ərzində onlayn satış platformalarının sayı da əhəmiyyətli dərəcədə artıb. Bu isə bazar payının ənənəvi ticarət və onlayn ticarət arasında bölünməsinə gətirib çıxarır. Amma bu o demək deyil ki, onlayn satış platformaları mağazaları tamamilə sıradan çıxaracaq. Bu, real deyil. Hərəsinin öz alıcısı var. Məsələn, elə insanlar var ki, bir əşyanı canlı görmədən, ona toxunmadan, keyfiyyətini yoxlamadan almazlar. Bu cür müştərilər onlayn platformaları qəbul etmirlər və alış-verişlərini yalnız fiziki mağazalardan etməyə üstünlük verirlər".

Ekspertin sözlərinə görə, onlayn ticarətlə bağlı bəzi hüquqi və maliyyə məhdudiyyətləri də bu sahəyə təsirsiz ötüşmür:

"Digər tərəfdən, Azərbaycanda vətəndaşlar onlayn ticarət vasitəsilə xaricdən 300 ABŞ dollarına qədər dəyəri olan məhsulları gömrük rüsumu olmadan əldə edə bilirlər. Bu məbləğdən artıq alış-veriş edənlər əlavə ödənişlərlə qarşılaşırlar. Bu da nəticə etibarilə onlayn ticarətə müəyyən çərçivə qoyur və bu sahənin inkişaf tempini bir qədər məhdudlaşdırır".

Ənənəvi ticarət heç zaman sıradan çıxmayacaq

Ekspert qeyd edib ki, bu gün mağazaların əksəriyyəti həm ənənəvi, həm də onlayn satışla məşğuldur: "Sahibkarların mağazaları olsa belə, sosial media hesabları açaraq bu platformalar vasitəsilə məhsullarını onlayn şəkildə satışa çıxarırlar. Eyni zamanda çatdırılma xidmətləri də göstərirlər".

İqtisadçı-ekspert Xalid Kərimlinin fikrincə, onlayn ticarətə tələbat nə qədər artsa da, ənənəvi ticarətin sıradan çıxması mümkün deyil: "Onlayn ticarət müəyyən qədər ənənəvi ticarəti sıxışdırsa da, onu tamamilə əvəz edə bilməz. Canlı alış-verişin üstünlükləri çoxdur. İnsanlar məhsulu əvvəlcə gözləri ilə görüb, əlləri ilə yoxlayaraq qərar verirlər. Onlayn alış-verişdə isə bu imkan yoxdur. Bəzən sifariş edilən məhsul şəkildəkindən fərqli çıxır və müştərinin gözləntilərini qarşılamır. Düzdür, məhsulun geri qaytarılması imkanı mövcuddur, lakin bir çox müştəri bu prosedura girməyə maraqlı olmur. Bu səbəbdən də bəzi insanlar məhsulu yerində görüb almağa üstünlük verirlər. Bu da onu göstərir ki, ənənəvi ticarət hələ uzun müddət öz aktuallığını qoruyacaq".

İnsanlar onlayn satış platformalarından məhsulu daha ucuz qiymətə sifariş verirlər

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyada onlayn ticarət artıq 10 ildən çoxdur ki, geniş şəkildə yayılıb. Azərbaycanda isə bu sahə nisbətən yenidir və son illərdə onlayn satış platformaları vasitəsilə alış-verişə maraq artmağa başlayıb. Pandemiya dövründə mağazaların fəaliyyətinin məhdudlaşdırılması insanları alternativ yollar axtarmağa məcbur etdi və nəticədə onlayn alış-veriş geniş vüsət aldı. Natiq Cəfərli qeyd edir ki, pandemiya başa çatsa da, bir çox insan onlayn alış-verişi daha sərfəli hesab etdiyi üçün bu gün də həmin platformalardan istifadə edir: "Gələcəyin ticarəti rəqəmsal platformalar üzərində qurulacaq və bu proses artıq başlayıb. Ənənəvi ticarətlə məşğul olan sahibkarlar da bu dəyişikliklərə hazır olmalı və fəaliyyətlərini yeni tələblərə uyğun şəkildə yenidən qurmalıdırlar".

Ekspertin fikrincə, onlayn platformalarda eyni məhsulların daha ucuz qiymətlə təklif olunması, çatdırılma xidmətlərinin mövcudluğu və seçim imkanlarının genişliyi bu sahənin inkişafını sürətləndirir.

Başlıca məsələ müştəri məmnuniyyətidir

Ekspertin dediyinə görə, ölkədəki mağazaların icarə haqqı və digər əlavə xərclər çox yüksəkdir. Bu səbəbdən sahibkarlar məhsulları baha qiymətə satmağa məcburdurlar. Alıcıların çoxu isə yüksək qiymətə mal almaq istəmir, çünki onların qazancı məhduddur və onlar ucuz qiymətə məhsul almağa üstünlük verirlər. Belə olan halda insanlar onlayn satış platformalarına üz tutur və məhsulları daha sərfəli qiymətə sifariş edirlər. Nəticədə isə qazanacaq müştəri, uduzacaq sahibkar olur: "Onlayn satış platformaları bazara daxil olandan sonra hətta pərakəndə satışla məşğul olan mağazalar belə qiymət və xidmət baxımından onlarla rəqabət apara bilmir. Bizdə pərakəndə geyim məhsullarının baha olmasının əsas səbəbi isə mağazaların yüksək icarə haqqıdır. Mağazalarda icarə haqları fantastik səviyyədədir və bu, həm sahibkarlara, həm də icarədarlara ziyan gətirir. Onlar düşünməlidirlər ki, bu halda bu qədər yüksək icarə haqqı ödəməyə dəyərmi? Bir müddət sonra mağazalar boş qala bilər".

Ekspert əlavə edir ki, artıq bəzi sahibkarlar bu vəziyyəti dərk edib və sosial şəbəkə platformaları vasitəsilə kifayət qədər satış həyata keçirirlər. Yeniliyə ayaq uyduran iş adamları da mövcuddur: "Bu gün bütün dünya onlayn ticarətə keçib. İnkişaf etmiş ölkələrdə pərakəndə satışın böyük hissəsi onlayn platformalar üzərindən həyata keçirilir. Azərbaycanda da pərakəndə satışla məşğul olan mağazalar bunu görməli və uyğunlaşmalıdır. Onlar onlayn satış platformalarından istifadə etməyi və öz platformalarını yaratmağı bacarmalıdırlar".

Ekspert vurğulayır ki, burada əsas məsələ müştəri məmnuniyyətidir: "Vətəndaşların ucuz və keyfiyyətli məhsullara çıxış imkanlarının təmin olunması vacibdir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri