Icma.az
close
up
RU
ONLAYN ALIŞ VERİŞ SÜRƏTLƏ ARTIR Ənənəvi mağazalar sıradan çıxacaq?

ONLAYN ALIŞ VERİŞ SÜRƏTLƏ ARTIR Ənənəvi mağazalar sıradan çıxacaq?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Onlayn alış-verişin genişlənməsi istehlakçıların alış-veriş vərdişlərini dəyişir və ənənəvi mağazalar üçün yeni rəqabət mühiti yaradır. Xüsusilə gənclər arasında məhsulu internetdən sifariş etmək daha geniş yayılır.

Bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycanda fiziki mağazaların sayı azala bilərmi? Ənənəvi ticarət obyektləri onlayn satışla rəqabət aparmaq üçün hansı modelə keçməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki,onlayn alış-verişin genişlənməsi, şübhəsiz ki, istehlakçı davranışını dəyişdirir və bu proses gələcəkdə ənənəvi pərakəndə ticarətə ciddi təsir göstərəcək.

Onun sözlərinə görə, xüsusilə gənc nəsil üçün məhsulu mağazaya gedərək almaqdan əvvəl internetdə axtarmaq, qiymətləri müqayisə etmək və sifarişi onlayn vermək artıq adi davranışa çevrilir: “Lakin mən hesab etmirəm ki, bu proses Azərbaycanda fiziki mağazaların kütləvi şəkildə yox olmasına gətirib çıxaracaq. Daha real ssenari fiziki mağazaların sayının müəyyən seqmentlərdə azalması və onların fəaliyyət modelinin dəyişməsidir. Çünki bəzi məhsullarda istehlakçı hələ də məhsulu canlı görmək, yoxlamaq, ölçüsünü və keyfiyyətini qiymətləndirmək və dərhal əldə etmək istəyir”.

Ekspert qeyd edib ki, ənənəvi mağazaların əsas çıxış yolu onlayn satışla rəqabət aparmaq deyil, onlayn və fiziki satışı birləşdirən omnikanal modelə keçməkdir: “Yəni müştəri məhsulu internetdə seçə, qiymətini və mağazada mövcudluğunu görə, onlayn sifariş verib mağazadan götürə və ya evə çatdırılmasını seçə bilməlidir. Məsələn, geyim mağazası yalnız fiziki satışla kifayətlənmək əvəzinə məhsullarını Instagram və öz onlayn platformasında nümayiş etdirə bilər. Müştəri ölçünü və məhsulu internetdən seçir, mağazaya gəlib geyinir və bəyəndiyi halda alır. Elektronika mağazasında isə müştəri məhsulu onlayn sifariş edib mağazadan götürə, yaxud mağazada məhsula baxdıqdan sonra sifarişi onlayn rəsmiləşdirə bilər. Burada fiziki mağazanın rolu da dəyişir. Mağaza sadəcə məhsul satılan yer deyil, eyni zamanda məhsulun sınaqdan keçirildiyi, məsləhət alındığı, sifarişin götürüldüyü və qaytarıldığı məntəqəyə çevrilir”.

E.Quliyev sonda əlavə edib ki, ənənəvi mağazalar müştəriyə onlayn platformaların hər zaman verə bilmədiyi üstünlüklər – peşəkar məsləhət, məhsula yerində baxış, sürətli servis, zəmanət və daha rahat qaytarma imkanları təqdim etməlidir: “Yəni gələcəyin əsas modeli “onlayn mağaza və ya fiziki mağaza” deyil, onlayn + fiziki mağaza modelidir. Bu transformasiyaya uyğunlaşa bilməyən mağazaların bazardan çıxması mümkündür, lakin texnologiyanı və fiziki satış imkanlarını düzgün birləşdirən mağazalar üçün əksinə, yeni inkişaf imkanları yaranacaq”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri