Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Valideyn övladını övladlıqdan çıxara bilərmi? VƏKİL

Valideyn övladını övladlıqdan çıxara bilərmi? VƏKİL

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mən Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə oğlum Süleymanı övladlıqdan çıxarmışam. Onun ayrı-ayrı adamlara söyüşlərinə görə bizi,ailəmizi söyürlər. Mən iki dəfə infarkt keçirmişəm. Evimizdə belə yaşamırıq, kirayədə qalırıq. İnsanlar içində utanırıq”.

Bunu İsveçrədə yaşayan Süleyman Süleymanlı adlı söyüşcül mühacirin atası Asif Süleymanova deyib.

Asif Süleymanov onu  Bəs Azərbaycan qanunvericiliyində valideyn övladını məhkəmə yolu ilə rəsmi şəkildə övladlıqdan necə çıxara bilir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində “övladlıqdan çıxarma” anlayışı yalnız övladlığa götürülmüş uşaqlar üçün mövcuddur: 

“Yəni valideynin qan-bioloji övladını məhkəmə yolu ilə hüquqi baxımdan “övladlıqdan çıxarması” mümkünsüzdür. Azərbaycan Mülki Məcəlləsinin 124-cü maddəsinə əsasən, fiziki şəxs 18 yaşına çatmaqla tam fəaliyyət qabiliyyətli şəxs hesab olunur, bu yaşdan sonra onun hüquqi statusu müstəqil olur. Valideyn-övlad münasibətləri isə yalnız vərəsəlik, aliment və ailə hüququ sahəsində müəyyən bağlılıq yaradır. Lakin bunlar da şəxsin öz iradəsi ilə dəyişdirilə və ya məhdudlaşdırıla bilər. Yəni, bu münasibətlər hüquqi deyil, daha çox emosional və ya mənəvi xarakter daşıyır”.

Vəkil qeyd edib ki, valideyn yetkin övladın davranışına görə məsuliyyət daşımır:

“Əgər bir şəxs istər ölkə daxilində, istər xaricdə cəmiyyətə, ailəsinə, yaxud fərdi şəxslərə qarşı təhqir və böhtan xarakterli davranışlar edirsə, bu zaman hüquqi məsuliyyət yalnız həmin şəxsə aiddir. Hüquq normalarına görə, valideyn yalnız yetkinlik yaşına çatmayan uşaqların hərəkətinə görə məsuliyyət daşıyır. Yetkinlik yaşına çatmış bir fərdin cinayət və ya inzibati əməllərinə görə onun valideyni məsuliyyət daşımır. Əgər bu cür davranışlar psixi pozuntularla əlaqəlidirsə, məhkəmə qərarı ilə həmin şəxs məcburi tibbi müayinəyə və müalicəyə cəlb edilə bilər. 
Dünya təcrübəsinə gəldikdə, Yaponiyada bəzi valideynlər ictimai etiraz məqsədilə övladlarını ailə qeydiyyatından (koseki) çıxartdıqlarını bəyan etmiş, lakin bu heç bir hüquqi nəticə doğurmamışdır. ABŞ-də bəzi ştatlarda valideynin yetkin övladını mirasdan kənar buraxmaq hüququ tanınır, lakin bunun üçün müvafiq vəsiyyət sənədi olmalıdır. Almaniyada bir nəfərin hüquqi olaraq “ailə üzvlüyündən çıxarılması” yalnız psixoloji zorakılıq və ağır zərər hallarında məhdud mülki hüquqlar çərçivəsində mümkündür”.    

Roman Qaraşov bildirib ki, valideynin övladını “övladlıqdan çıxarması” hüquqi baxımdan mümkün deyil:

“Əgər bir şəxs saxta profillər və sosial media üzərindən ictimai şəxslərə və ya öz ailəsinə qarşı sistematik təhqir və böhtan kampaniyası aparırsa, bu zaman həmin şəxs barəsində məhkəməyə müraciət edilə bilər. Eyni zamanda, diffamasiya və şəxsiyyətin ləkələnməsi ilə bağlı mülki və ya cinayət xarakterli iddialar qaldırıla bilər (AR CM 147, 148-ci maddələr — böhtan və təhqir).
Beləliklə, valideynin övladını “övladlıqdan çıxarması” hüquqi baxımdan mümkün deyil. Bu ifadə yalnız mənəvi və simvolik xarakter daşıya bilər. Hüquqi müstəvidə övlad 18 yaşdan sonra müstəqil şəxs sayılır və öz əməllərinə görə özü cavabdeh olur. Valideynin bu münasibətdə nə hüquqi, nə də maddi məsuliyyəti var,  istisna yetkinlik yaşına çatmamış övladlara aiddir. Əgər övladın davranışları ailəyə mənəvi və ya sosial zərər verirsə, bu zaman hüquq müstəvisində mülki iddialar, diffamasiya prosesi və ya tibbi müdaxilə yolları seçilə bilər. Amma "övladlıqdan çıxarmaq" hüquqi bir institut olaraq Azərbaycan qanunvericiliyində yoxdur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri