Onu heyətdən kənarlaşdırmaq qərarını özüm versəydim, peşman olardım
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Tottenhem"in baş məşqçisi Roberto De Dzerbi yay transfer pəncərəsinin sonunda klubdan ayrılmaqdan imtina edən və nəticədə məşq prosesindən kənarlaşdırılan hücumçu Riçarlisonla bağlı mübahisəli vəziyyəti şərh edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis braziliyalı forvardı komandada saxlamaq üçün əlindən gələni etdiyini deyib:
"Riçarlison yaxşı oğlandır. Onunla dəfələrlə danışmışam və onu komandada saxlamaq üçün vaxt sərf etmişəm. Amma məndən soruşsanız, həqiqəti sevirəm. Son bir ayda, son 45 gündə nə baş verdiyini bilirəm. Bu, aydındır, amma məyus deyiləm.
Əgər onu heyətdən kənarlaşdırmaq qərarını özüm versəydim, peşman olardım. Lakin qərar hələ klub tərəfindən də verilməmişdi. O, özü belə qərar verdi. Hər şey fərqli ola bilərdi. Hətta bu hekayənin sonu da. Həm klub, həm də Riçarlison üçün hər şey daha yaxşı alına bilərdi. O, komandanın mühüm oyunçusu idi. Amma nə baş veribsə, baş verib".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 12 Sentyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















