Icma.az
close
up
RU
“Onun dərisini soyub qəssab qarmağından asacağam” Böyük Manipulyator

“Onun dərisini soyub qəssab qarmağından asacağam” Böyük Manipulyator

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Əvvəlki yazı

Böyük Manipulyator

22-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

SARKOZİNİN FANTOMU

Bu axşam Parisin San-Jerman bulvarında yerləşən Latın Amerikası Evində böyük izdiham var. Hər il olduğu kimi bu il də 2017-ci il iyun ayının əvvəlində Le Canardenchaîné qəzeti, bütün Parisin siyasi, iqtisadi və media ulduzlarını bir yerə yığıb böyük qəbul keçirir. Yay günəşi Latın Amerikası Evinin bağçasına yığışmış qonaqların zövqünü oxşayır. “Həə, Makron ilk səhvini elədi!”, – deyə Veolia şirkətinin mətbuat xidmətinin direktoru Loran Obadia sir-sifətini turşudub təəssüflə başını bulayır.

Böyük və məşhur bir şirkətin yüksək səviyyəli kadrı, Paris mediasının yaxşı tanıdığı bu adam əsəblərini cilovlaya bilmir. Prezident Makronun qərarı ilə Milli Kəşfiyyat Koordinasiyası və terrorizmə qarşı mübarizə komitəsinin (CNRLT) rəhbəri vəzifəsinə Pier Busket dö Florian təyin olunub ki, o bu sahədə yeni islahatlar aparsın. Xüsusi xidmət orqanlarına nəzarət edən bu məsul vəzifənin Pier Busket dö Floriana tapşırılması onu çox qıcıqlandırır. Çünki Loran Obadia Aleksandr Djurini və Sarkozinin dövründə Milli Kəşfiyyat Koordinasiyası və terrorizmə qarşı mübarizə komitəsinin rəhbəri olmuş Bernard Sqarçinini yaxşı tanıyır. Makronun Bernard Sqarçini çıxarıb onun yerinə Pier Busket dö Florianı təyin etməsi, təbii ki, onun qətiyyən xoşuna gəlmir...

2002-2007-ci illər arasında Busket dö Florian DST-nin (Daxili kəşfiyyat İdarəsi – Fransada FBI ekvivalenti) rəhbəri olanda, özünün də xəbəri olmadan gecəni yatıb səhəri gün mətbuatın “Clearstream 2” adlandırdığı skandalın mərkəzində oyanmışdı. Bu dolaşıq məsələnin məğzi onda idi ki, kimsə mətbuata bəzi siyasi xadimlərin gizli bank hesabları olduğunu təsdiq edən bir siyahı göndərmişdi. Sonradan araşdırmalar nəticəsində aydın oldu ki, bu tamamilə yalan imiş və siyasətçiləri haqsız yerə günahlandırırmışlar. O vaxt nazir olan Nikola Sarkozinin də adı o siyahıda vardı. Ona görə də Sarkozi hər yerdə özünü manipulyasiya qurbanı kimi göstərir və yorulmadan iddia edirdi ki, bütün ölkədə böyük qalmaqal törədən bu yalançı siyahı Dominik dö Villpənt (Şirakın hakimiyyəti dövründə Baş nazir) tərəfindən hazırlanmışdı və məqsəd 2007-ci il prezident seçkilərində onun Jak Şirakı əvəz etməsinə mane olmaqdır.

“Mən onun dərisini soyub qəssab qarmağından asacağam”, – deyə Sarkozi Dominik dö Villpənti hədələyir. Gələcək prezident (Sarkozi) həm də onun nazirliyinə tabe olan Pier Busket dö Florianı da danlayır, ona Dominik dö Villpəntin əmri ilə o yalançı siyahını ciddi qəbul edib araşdırma aparmasını, eləcə də özünə bu barədə çox gec məlumat verməsini irad tutur. Loran Obadia onu da unutmayıb ki, elə həmin dövrdə Busket dö Florian nazirlər kabinetinə, həmçinin prezident aparatına xəbərdarlıq etmişdi ki, sərhədlərini gücləndirməkdən ötəri Səudiyyə Ərəbistanının Fransa ilə imzaladığı silah müqavilələri Aleksandr Djurinin təşəbbüsü ilə həyata keçir. Nəticədə, 2007-ci ildə Sarkozi prezident seçilən kimi Pier Busket dö Florianı tutduğu vəzifədən xaric edir və yerinə ona sadiq olan adamlardan birini – Bernard Sqarçinini təyin edir. Bu sonuncu, Nikola Sarkozinin prezidentliyi ərəfəsində əks kəşfiyyat idarəsini (DST) Ümumi Məlumat agentliyini (RG) və Mərkəzi Daxili Kəşfiyyat İdarəsini (DCRI) bir-birinə birləşdirib, dövlət üçün işləyən casusların rəhbəri olacaq...

Emmanuel Makron prezident seçiləndən sonra Sarkozinin adamı Bernard Sqarçini vəzifəsindən xaric edib, onun yerinə Jak Şirakın vaxtında bu vəzifəni tutan, Sarkozinin vaxtında işdən qovulan Pier Busket dö Florianı yenidən ölkə casuslarının rəhbəri təyin edir. Deməli, Makron kəşfiyyatın köhnə veteranı Jak Şirakın müttəfiqi olan adama daha çox etibar edir. Fransua Mitteranın vaxtında Busket dö Florian Ədliyyə naziri Alba Şalandonun kabinet direktoru idi. Onu qabağa çəkən Şirak oldu. Fransua Holland Nikola Sarkoziyə qarşı mübarizəsində Şirakın adamlarını sığallayıb-tumarlayıb, onları da hücuma qoşdu. O ki qaldı Makrona, onda heç bir kompleks yoxdur – o, sağçılar partiyasının bütün üzvlərindən istifadə edir. Çox bic, hər şeyi ustalıqla əvvəlcədən ölçüb-biçən Makron bir-birinə düşmən olan klanlardan istifadə etməyi sevir, eləcə də otuz ildən bəri bir-birini didib parçalayan müxtəlif sağçılar arasında utanıb çəkinmədən, komplekssiz-filansız istədiyi seçimi edir. Onun bu qabiliyyəti, tezliklə bəzi məsələlərdə problem yaradacaq... Bəs Loran Obadia özü həqiqətən kimdir? Bu, şəbəkə adamıdır; uzun illər anti-terrorizm üzrə prokuror Alan Marso ilə bir yerdə işləyib. Mar[1]so və Obadia Aleksandr Djuri ilə də yoldaşlıq edirdilər... ancaq sonra Nikola Sarkozi ilə Dominik dö Villpəntin dostu (Djuri) haqqında gündəlik qəzetlərin birinci səhifələrində iri başlıqlı məqalələr peyda olanda, tez onunla aranı kəsdilər. Amma Obadia güclü adamdır, onun nüfuzu sağçılar partiyasından çox-çox kənara çıxır. Veolia şirkətinin böyük patronu Antuan Frerotun şəxsi məsləhətçisi olmaqla bərabər, o həmçinin Havas agentliyinin məsul işçilərindən biri olan Stefan Fuksa ilə yaxındır. O, Makronun xüsusi müşaviri İsmael Emelieni də yaxşı tanıyır, çünki Emelien də əvvəllər Havas üçün, xüsusən də Veolia üçün işləyib. Hər ikisinin başqa bir ortaq nöqtəsi də var: Moris adasının keçmiş Baş nazirinə verdikləri tövsiyələrə qulaq asılmadı. Müxtəlif sahələrdə bir neçə dəfə nağd pulla ödəniş qəbul etdiyindən, Navin Ramqoolam 2014-cü ildə seçkiləri uduzdu.

Loran Obadianın Makronun ən yaxın məsləhətçilərindən biri olan İsmael Emelien ilə yaxınlığı bizə bir sirri açmağa imkan verir. Hər yerə əli girən, hər şeydən əvvəlcədən xəbəri olan Obadia qətiyyən gözləmirdi ki, onun tarixi düşmənlərindən biri olan Busket dö Florian yenicə seçilmiş prezident tərəfindən dövlət aparatının ən yüksək vəzifəsinə təyin oluna bilər. Doğrudanmı bu adam seçki kampaniyası zamanı inanmışdı ki, Makron da onun mənsub olduğu “düşərgəyə” birləşəcək? Ancaq bu anlaşılası bir refleksdir, hələ təzə yaranmağa başlayan makroniyanın Sarkozi ilə, eləcə də Dominik Stros-Kanla əlaqələri çoxsaylıdır. Hollanda qarşı mübarizədə Makron əvvəllər Sarkoziyə, hətta Balladürə (Mitteranın prezidentliyi dövründə 1993-1995-ci illərdə Baş nazir) işləyən adamlardan istifadə etməkdən çəkinmədi. Ancaq paralel olaraq, daha doğrusu, “eyni zamanda” Makron köhnə Sosialist Partiyasından olanları, o cümlədən təxminən on il ərzində anti-sarkozizm düşərgəsində özünü tutmuş Fransua Bayrunu tapdaladı.

Ardı var...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri